Modern.az

Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu

Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu

Aktual

21 Avqust 2019, 21:19

Qubada 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Modern.az  "Trend"ə istinadən  xəbər verir ki, hadisə rayonun Xanagah kəndində baş verib.

Bakı şəhərində yaşayan, 2009-cu il təvəllüdlü, 3-cü sinif şagirdi Cəfərov Rəsul Ramiz oğlu babası Mansurov Nurəddin İsmayıl oğlunun Quba rayonunun Xanagah kəndindəki evinə qonaq gedib. R.Cəfərov həmin evin hamam otağında olarkən dəm qazından boğularaq huşunu itirib.

Uşaq huşunu itirmiş vəziyyətdə anası tərəfindən aşkar edilsə də onun həyatını xilas etmək mümkün olmayıb. R.Cəfərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı