Bakının Nizami rayonunun Babək prospektindən keçən hissəsində içməli su borusu partlayan əraziyə "Azərsu" ASC-nin qəza xidmətinin əməkdaşları cəlb olunub.
"Azərsu" ASC-dən Modern.az-a verilən məlumata görə, həmin su borusunun olduğu ərazidə 3 ayrı boru var. Partlayan borudan yüksək təzyiqlə su axdığından dəqiq olaraq hansı borunun partlaması suyun tam kəsilməsindən və aparılacaq araşdırmalardan sonra bəlli olacaq.