Modern.az

Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı

Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı

21 Avqust 2019, 23:02

"Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq. Amma "Linfild" də olduqca istəklidir".

Modern.az  xəbər verir ki, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

Qurban Qurbanov bildirib ki, rəqibin oyununu analiz ediblər: "Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək".

Qeyd edək ki, Belfastin “Vindzor Park” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər