Qazax şəhərində bıçaqlanma hadisəsi baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Nizami Məzahir oğlu Rəhimov 2 bıçaq xəsarəti ilə Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.
Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı isə hələki məlum deyil. Faktla bağlı araşdırma aparılır.