Modern.az

İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi

İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi

22 Avqust 2019, 00:17

İranlı gəncin Ali Rəhbər Ayətullah Əli Xamneyi ilə görüşdə hökuməti tənqid etməsi sensasiya doğurub.

Modern.az "Azərtac"a istinadən xəbər verir ki, İranın voleybol üzrə milli komandasının üzvlərini qəbul edən Ali Rəhbər söz demək istəyən gəncə fikirlərini bildirməsi üçün icazə verib. O, hökuməti tənqid edərək istedadlı gənclərin ölkəni tərk etmək istədiklərini bildirib. Gəncin sözlərinə görə, onların inkişafı üçün heç bir şərait yaradılmır. Ölkədə baş verən haqsızlıq və ədalətsizlik gənclərin ümidsizliyə qapanmasına səbəb olub.

Gəncin fikirlərini dinləyən Ali Rəhbər isə onun fikirləri ilə razılaşmaq olar deyib. Xamneyi ümidsizliyə qapanmaq vaxtı olmadığını bildirib. Xamneyinin sözlərinə görə, İran inkişaf edib bu səviyyəyə çatdığı üçün gənclər burada öz fikirlərinizi sərbəst şəkildə ifadə edə bilirlər. Gənc görüşün sonunda Ali Rəhbəri qucaqlayıb.

Qeyd edək ki, bu günə kimi İranda Ali Rəhbərin qəbulunda belə çıxış olmayıb. İranda Ali Rəhbəri tənqid etmək qanunla qadağandır. Lakin İran mətbuatı prezidenti və nazirləri tənqid edə bilər. Bu gənc də qanundan kənara çıxmayaraq yalnız hökuməti tənqid edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?