Modern.az

Erməni müxalifəti növbədənkənar seçkilər tələb edir

Erməni müxalifəti növbədənkənar seçkilər tələb edir

Dünya

23 Dekabr 2009, 15:57

Ermənistan müxalifəti son günlər 2010-cu ildə növbədənkənar seçkilərin keçiriliməsi təşəbbüsü ilə çıxış edir. Modern.az-ın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, növbəti belə bir bəyanatla Ermənistanın sabiq xarici işlər naziri, Erməni Milli Konqresinin üzvü Aleksandr Arzumanyan çıxış edib. Onun sözlərinə görə, 2009-cu ilin müsbət hadisələrindən danışmaq düzün deyil. “Müsbət hadisə cari ildə olmayıb və indiki rejimdə ola da bilməzdi. Bizim dostlarımz hələ də həbsdədir. Vətəndaş hüquqları hər addımda pozulur. Yalnız və yalnız kreslo üğrunda mübarizə gedir”,-deyə sabiq XİN başçısı bildirib.

Arzumanyan qeyd edir ki, Serj Sərkisyanın prezident postundan getməsi  vəziyyəti dəyişdirə bilər. “Mən hələ bilmirəm, onun istefasına necə nail olmaq olar, bunu zaman göstərəcək. Lakin 2010-cu idə növbədənkənar prezident seçkilərinin keçirilməsi istisna olunmur”deyən Arzumanyan qeyd edib ki,  erməni xalqının digər altenativi yoxdur. “Ermənistan dövlətinin və erməni xalqının varlığı sual altındadır”.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir