Modern.az

Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı

Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı

22 Avqust 2019, 08:28

Avqustun 21-i axşam saatlarında Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qubanın Rustov kəndində 4 yaşlı Əliyev Renad Mahir oğlunu avtomobil vurub. Xəsarət alan azyaşlını “VAZ 2107” markalı avtomobili ilə xəstəxanaya çatdırmaq istəyən qonşusu, 28 yaşlı Emin Əzizov rayonun Birinci Nügədi kəndi ərazisində qəzaya uğrayıb.

Avtomobilin yolun kənarındakı dirəklərə çırpılması nəticəsində sürücü E.Əzizov və azyaşlı R.Əliyev hadisə yerində ölüb.

Qəza zamanı avtomobildə olan sərnişinlər, azyaşlının anası, nənəsi və dayısı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi