Modern.az

Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI

Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI

22 Avqust 2019, 09:10

Sabir Rüstəmxanlı

Şair Öqtay Rza işıqlı, xeyirxah və ədəbiyyata ürəklə xidmət edən bir adam idi. Pedaqoji Universitetdə (əvvəllər APİ), Coğrafiya fakültəsində dərs deyirdi. Onu bütün şeir axşamlarında, həm də onlarla tələbəsinin əhatəsində görməyə vərdiş eləmişdik. Coğrafiyaçılara da sevdirirdi ədəbiyyatı. Tələbələr onun şairlərə sayğısı barədə maraqlı epizodlar danışırdilar. Məsələn, tələbələrdən şeirlərlərimizdən əzbər bilib - bilmədiyini soruşur və bilənə yüksək qiymət verirmiş. Maraqlıdır ki, bu barədə özü danışmazdı, başqaları danışardı...

Natəvan klubundakı məclislərə qısa bir dördlüklə, rübai ilə yekun vurmasına öyrəşmişdik. Bir dəfə də mənim kitab təqdimatimda 8-9 parçadan ibarət rübailər silsiləsi oxudu. Çıxanda razılığımı bildirdim.

"Başqalarından fərqlı olaraq mənə bir poema həsr etmisən. Yaşa!" dedim. Ürəldən güldü: "Ustad, əslində düz deyirsən, məzmunima görə poemadır sənə yazdığım"

" Ustad" onun sevdiyi müracıət formalarındandı. Təxminən ay yarım öncə zəng vurdu ki, son kitabımdan, partiyada paylamaq üçün sənə 10 nüsxə vermişdim, indi özümdə qaımayıb"

Ofisdə otaqları gəzib 2 nüsxə kitab tapdıq və ona xəbər verdim. Kitabları götürməyə gələcəkdi. 
Bir neçə gün sonra zəng vurdu. Təəssüflə bildirdim ki, hava meydanındayam, xaricə gedirəm, qayıdanda görüşərik.

Xoş ovqatla gözləyəcəyini bildirib, sonra əlavə etdi ki, “Ədəbiyyat qəzeti”ndə poemanı oxudum, düz iyirmi nida işarəsi qoymuşam ayrı-ayrı yerlərində, qayıdanda göstərəcəyəm... (Söhbət qəzetdə çap olunmuş " Bir əlin azadlığı" poemasından gedirdi).

Təəssüf ki, bu, son danışığımız oldu, əcəl nə kitabları götürməsinə, nə də poema haqqında fikirlərini söyləməsinə imkan verdi... Kitabı oxucularına qaldı, deyəcəyi sözü ürəyində apardı. Ancaq dostlarına, oxucularına yadigar qoyub getdiyi sözlər də yetərincədir. Ruhu şad olsun.

20.08.2019

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?