Modern.az

Üç uşaq anası evdən niyə qacıb? - Kənd icra nümayəndəsi: “O hadisəyə görə izahatı alınmışdı” - YENİLƏNİB

Üç uşaq anası evdən niyə qacıb? - Kənd icra nümayəndəsi: “O hadisəyə görə izahatı alınmışdı” - YENİLƏNİB

22 Avqust 2019, 11:27

“İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası  olan Pərvanə Bədəlova normal ailənin gəlini olub. Həyat yoldaşı kənddə traktorçudur, zəhmətkeş insandır. Pərvanə ev qadını olub, heç yerdə çalışmayıb. Evdə uşaqlarına baxırdı. Pərvanənin anası bu hadisəyə görə, qızı ilə birgə qalırdı. Elə anası onlarda olanda Pərvanə evdən qaçıb.  Görünür, onun evdən qaçması ailədaxili məsələlərdir”.

Bunu Modern.az-a  İsmayıllı rayon Qalıncaq kənd icra nümayəndəsi Ərəstun Tarverdiyev kənd sakini olan üç uşaq anası Pərvanə Bədəlovanın evdən qaçmasına münasibət bildirərkən deyib.


Kənd icra nümayəndəsi üç uşaq anasının evdən qaçması ilə bağlı bəzi məqamları söyləyib. Onun sözlərinə görə, Pərvanənin adı bir hadisədə hallanırdı:


“Hardasa bir neçə ay bundan qabaq İsmayıllıda dəhşətli yanğın hadisəsi baş vermişdi. Rayon sakini Ramil Rəcəbəliyev üzərinə benzin tökərək özünü yandırmışdı. Onu Bakıda xəstəxanalardan birinə aparsalar da bir neçə gündən sonra dünyasını dəyişmişdi. Ramilin ölümü ilə bağlı araşdırma aparılarkən  Pərvanənin də adı həmin olayda keçmişdi. Sonra məhkəmədə də Pərvanə dindirilərək izahatı alınmışdı.

Ramilin uşağı ilə Pərvanənin uşağı  məktəbəqədər hazırlığa gedirdi. Ramilin yoldaşı ilə Pərvanə həm də rəfiqə idilər. Uşaqları hər səhər bir yerdə məktəbə aparırdılar. Hazırda iş məhkəmədədir. Daha dəqiq məlumatı onlar bilər”.


Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan  Modern.az-a verilən məlumata görə,  1989 -cu il təvəllüdlü  İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası  Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək, yaşadığı ünvandan naməlum istiqamətdə gedərək itkin düşüb.

P.Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00,  (050) 656-99-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 
***

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan  Modern.az-a verilən məlumata görə,  1989 -cu il təvəllüdlü  İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası  Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək, yaşadığı ünvandan naməlum istiqamətdə gedərək itkin düşüb.

P.Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00,  (050) 656-99-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir