Ermənistan Milli Təhlükəsizlik Xidməti terror aktları planlaşdıran 2 Hindistan vətəndaşını saxlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Hindistanda terrorizm, qətl və s. cinayətlərdə ittiham olunurlar.
Onlardan biri avqustun 8-də İstanbul-Yerevan reysi ilə gələn zaman Zvartnots aeroportunda, digəri isə Ermənistan-Gürcüstan sərhədində yerləşən Baqrataşen gömrük-keçid mərhələsində saxlanılıb.