Modern.az

Azərbaycan deputatları: “Bu mövzu Azərbaycan üçün çox aktualdır”

Azərbaycan deputatları: “Bu mövzu Azərbaycan üçün çox aktualdır”

Aktual

8 Fevral 2012, 12:17

Tiflisdə “Şərq Tərəfdaşlığına Dəstək Proqramı” çərçivəsində Avropa Şurası və Avropa İttifaqının birgə təşkilatçılığı ilə qadınların ictimai həyatda iştirakına dair tədbir çərçivəsində millət vəkilləri Qənirə Paşayeva və Sahibə Qafarova Gürcüstanın vitse-spikeri Rusudan Kervalishvili, Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Zurab Kharatishvili, Avropa Şurasının Gürcüstandakı ofisinin rəhbəri Caterina Balogneze ilə görüşüb, fikir mübadiləsi aparıblar.
Millət vəkilləri həmçinin  “Seçkilərdə və siyasi partiyalarda qadınların iştirakı”, “İş və ailə həyatının uzlaşdırılması”  mövzuları ətrafında müzakirələrdə aktiv iştirak edərək fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırıblar. Onlar eyni zamanda gender bərabərliyi, qadınların ölkənin ictimai, siyasi, iqtisadi həyatında rolunun artırılması istiqamətində Azərbaycanda görülən və görülməsi nəzərdə tutulan işlər barədə də məlumatlar veriblər.  Millət vəkilləri bildiriblər ki, bu mövzu Azərbaycan üçün çox aktual bir mövzudur və bu istiqamətdə aparılan işlər özünün müsbət nəticələrini göstərir. Millət vəkilləri görüşlər və fikir mübadiləsi zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində öz iş yerlərini itirən məcburi köçkün qadınların üzləşdiyi problemləri də diqqətə çatdırıblar.

Qeyd edək ki, konfransda əsas məqsədlərdən biri ictimai həyatda qadınların iştirakına şərait yaratmaq üçün konkret tədbirlərin görülməsi məqsədilə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Proqramı”nın iştirakçısı olan ölkələrin qadın parlamentarilərinin təcrübələri və təkliflərini öyrənməkdir. Fikir mübadiləsinin yekununda hər üç mövzu istiqamətində fəaliyyət proqramları hazırlanacaq. Bu gün media sahəsində gender balansı, gender bərabərliyi istiqamətində cəmiyyətin maarifləndirilməsində KİV-nin üzərinə düşən vəzifələr ətrafında geniş müzakirələr aparılacaq və yekun sənəddə də öz əksini tapacaq. Konfrans fevralın 9-da başa çatacaq.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir