Modern.az

Bakıda mənzildə qaz partlayışı olub – 8 nəfər yaralanıb

Bakıda mənzildə qaz partlayışı olub – 8 nəfər yaralanıb

Aktual

8 Fevral 2012, 12:32

Yanvarın 8-də saat 03.30 radələrində Yasamal rayonu ərazisində yaşayan Elşən Şahbazovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində qapı və pəncərə şüşələri dağılıb, evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış E.Şahbazov, bacısı - Gülnarə, oğlanları - Azər, Almaz, qohumları - Şəfiqə Şahbazova, Rəşadə Şahbazova, habelə qonşuları - Şamo Zamanov və Səadət Həsənova  xəstəxanaya yerləşdirilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü