Modern.az

Mirmahmud Mirəlioğlu Fəzail Ağamalının Elçibəylə bağlı iddialarına CAVAB VERDİ

Mirmahmud Mirəlioğlu Fəzail Ağamalının Elçibəylə bağlı iddialarına CAVAB VERDİ

22 Avqust 2019, 17:14

Bu gün Azərbaycanın sabiq prezidenti  Əbülfəz Elçibəyin anım günüdür. Onun vəfatından 19 il ötür. 

Vaxtilə xalq hərəkatında Əbülfəz Elçibəylə birlikdə iştirak etmiş deputat, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı Modern.az-a eks-prezidentlə bağlı xatirələrindən danışarkən deyib ki, prezidentlik missiyası Elçibəyin heç də şəxsi istəyi olmayıb:

“Həmin dövrdə Elçibəyin əhatəsindəkilər məcbur etdilər ki, o prezident seçkilərində iştirak etsin. Elçibəyin ətrafındakıların Heydər Əliyevə münasibəti birmənalı deyildi. Onun yaxın ətrafı Heydər Əliyevi qəbul etmirdi. AXC-nin İdarə Heyətində Heydər Əliyevə müsbət münasibət göstərən şəxs demək olar ki, yox idi. Sadəcə Dilarə Əliyeva və Aydın Məmmədov Heydər Əliyevə münasibətdə loyal idi. Xüsusilə İsa Qəmbərin ətrafında birləşən şəxslər Heydər Əliyevə qarşı çox aqressiv yanaşırdılar. Bu vəziyyətdə Elçibəy hadisələrin məntiqinə uyğun olaraq, namizədliyini irəli sürməli oldu və qalib gəldi. O, öz imkanlarını daha yaxşı bilirdi. Belə bir komanda ilə, bu şəraitdə Azərbaycanı idarə etmək onluq deyildi, bunu anlayırdı. Məhz ona görə, “Biz bacarmadıq” fikri ilə hakimiyyətdən getmişdi”.


Modern.az Fəzail Ağamalının fikirlərinə münasibət öyrənməyə çalışıb.

Əbülfəz Elçibəyin silahdaşı, Cəbhə hakimiyyəti dövründə Milli Məclisin üzvü olmuş Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud  Mirəlioğlu saytımıza bildirib ki, Fəzail Ağamalının bu məsələdə dedikləri həm doğrudur, həm də əksinə:


“Bir dövr olub ki, bəy prezident seçkilərinin keçirilməsinə etiraz edib. Bu, heç kimə sirr deyil. 1992-ci ilin martında parlamentdəki çıxışı zamanı Elçibəy xüsusi olaraq qeyd edir ki, “gəlin, həm kommunistlərdən, həm də demokratlardan ibarət Etimad Hökuməti yaradaq. Əgər Etimad Hökuməti yaratmasanız, indi seçkiyə getmək haqqında qərar verəcəksiniz, 3 aydan sonra seçdiyinizi bir ildən sonra yıxacaqsınız”.
Bu parlament tarixində ən mühüm məsələlərdən biri idi. Arxivdə də var. Dəfələrlə bu istiqamətdə söhbət olanda göstərilib. Elçibəy prezident seçkilərinin keçirilməsinə etiraz edirdi, istəmirdi, Etimad Hökuməti istəyirdi. Azərbaycanın indi də Etimad Hökuməinə ehtiyacı var”.

Mirmahmud  Mirəlioğlu Fəzail Ağamalının “Elçibəyin ətrafındakıların Heydər Əliyevə münasibəti birmənalı deyildi. Onun yaxın ətrafı Heydər Əliyevi qəbul etmirdi” fikirlərinin həqiqət olmadığını söyləyib:

“Elçibəyin namizdəliyi, Heydər Əliyev və ətrafı kimi məsələlər həqiqətə uyğun deyil. Bu gün Elçibəyi anan hər kəsə təşəkkürümü bildirirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi