Modern.az

Əli Əhmədov: “Azərbaycan heç zaman indiki qədər güclü olmayıb”

Əli Əhmədov: “Azərbaycan heç zaman indiki qədər güclü olmayıb”

Aktual

22 Avqust 2019, 17:47

Bakıda "Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi" mövzusunda konfrans keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb və əvvəllər yaşam səviyyəsi də indiki qədər yüksək deyildi:

“Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan narahat dünyada stabilliyini qoruyub saxlayır. Bu, Azərbaycan gerçəkliyinin ən ibrətamiz amillərindən biridir. Ölkəmiz hazırda inkişaf mərhələsini yaşayır, müasir dövlətlərin içərisində ən uğurlu dövlətlərdən biridir. Bu, həm də ölkədaxili proseslərin ürəkaçan olmasından irəli gəlir. Ölkəmizin dünya birliyində kifayət qədər nüfuzu var. Azərbaycan dünyada baş verən prosesləri təkcə izləmir, həm də həmin proseslərin iştirakçısı, istiqamətvericisidir. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi dünya birliyinə verilən töhfədir”.

Ə.Əhmədov əlavə edib ki, Azərbaycan dünyada baş verən narahatlıqların dialoqla həll edilməsinin tərəfdarıdır:

“Avropanın bir sıra ölkələrində multikulturalizm ideyalarından kənarlaşma meyilləri müşahidə olunur. Azərbaycan isə multikulturalizm ideyalarının əhəmiyyətli olduğunu hər zaman vurğulayıb".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!