Modern.az

Jurnalist Tural Yusifov imkansız tələbənin 1 illik təhsil haqqını ödədi 

Jurnalist Tural Yusifov imkansız tələbənin 1 illik təhsil haqqını ödədi 

22 Avqust 2019, 18:14

Radiosakı “Avtostop” verilişinin aparıcısı Tural Yusifov Azərbaycan Dillər Universitetinin Jurnalistika ixtisasına qəbul olunan, lakin maddi imkanı zəif olduğu üçün təhsil ala bilməyən tələbənin 1 illik təhsil haqqını ödəyib.


Modern.az xəbər verir ki, bu barədə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı məlumat verib. O qeyd edib ki, Zeynəb adlı birinci kurs tələbəsinin növbəti il üçün nəzərdə tutulan 1500 manat ödənişini T. Yusifov universitetin kart hesabına köçürüb:


Qeyd edək ki, Ş.Sərdarlının adıçəkilən tələbə ilə bağlı elan paylaşmasından sonra Zeynəbin birinci kurs üçün nəzərdə tutulmuş 1500 manat məbləğində təhsil haqqı toplanıb. Adının açıqlanmasını istəməyən şəxs təhsil haqqının yarısını (750 manat) ödəyib. 

Digər bir şəxsin təşəbbüsü ilə onun adına bank hesabı açılıb. Adının hallandırılmasını istəməyən həmin şəxs Zeynəbə 4 il boyunca hər ay 100 manat məbləğində təqaüd verəcək.


Təhsil haqqının ödənilməsi üçün "Hədəf" kurslarının direktoru Şəmil Sadıqov 200, başqa bir oxucu isə 400 manat göndərib. Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsində 1500 manat pul yığılıb. Beləliklə, bir illik təhsil haqqının ödənilməsi üçün lazım olan vəsait toplanılıb. Tural Yusifovun dəstəyi sayəsində tələbənin 2-ci kurs üçün nəzərdə tutulmuş təhsilhaqqı da tamamlanıb.


Ş. Sərdarlı onu da bildirib ki, 

Bundan başqa ADU Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbəni yataqxana və pulsuz yemək talonları ilə təmin edəcək.

Xatırladaq ki, Astara rayonunda yaşayan Zeynəb Əlizadənin atası yoxdur, anası isə yataq xəstəsidir. Ona indiyədək yaşlı nənəsi baxıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi