Modern.az

İranda 13 alpinist itkin düşüb

İranda 13 alpinist itkin düşüb

23 Avqust 2019, 00:46

İranda 13 alpinist Çahar-Mahal və Bəxtiyari əyalətinin Kiyar şəhərinin Tənge Zendan bölgəsində dağda itkin düşüb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Çahar-Mahal və Bəxtiyari əyaləti üzrə idarənin baş direktoru Seyid Əhməd Murtəzəvifərd deyib.

O bildirib ki, itkin düşən 13 nəfər alpinistin axtarışlarına başlanılıb: "Hazırda 3 axtarış komandası və bir helikopter bölgədə axtarış işləri aparır".

Qeyd edək  ki, itkin düşən alpinistlər İranın İsfahan, Çahar-Mahal və Bəxtiyari əyalətlərindəndir. Onların kimliyi açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?