Modern.az

Britaniyanın nəzakət qaydalarını pozan yeni baş naziri - FOTOLAR

Britaniyanın nəzakət qaydalarını pozan yeni baş naziri - FOTOLAR

23 Avqust 2019, 12:11

ABŞ prezidenti Donald Trampa bənzərliyi ilə gündəmə gələn İngiltərənin yeni baş naziri Boris Conson hərəkətləri ilə də Amerika prezidentini sanki təkrarlayır.

 

Modern.az xəbər verir ki, B. Consonun  rəsmi görüşlərdə rahatlığı qərb mediasının diqqətindən yayınmayıb. O, Almaniyada rəsmi mərasimdə əlləri arxada dolaşaraq, kansler Angela Merkellə birlikdə kamerlara “poz verib”. Bundan sonra isə Conson Fransada Yelisey sarayında, prezident Emmanuel Makronla görüşdə ayağını stolun üstünə qoyub.

Qeyd edək ki, Boris Conson baş nazir seçildikdən sonrakı ilk rəsmi səfəri məhz Almaniyaya etmişdi. Onun hər iki ölkənin rəhbərləri qarşısındakı bu cür hərəkətləri təəccüb doğurub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!