Modern.az

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar  

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar  

Dünya

23 Avqust 2019, 20:46

ABŞ hökuməti “Skripal məsələsi”lə bağlı Rusiyaya qarşı sanksiyalarının ikinci silsiləsini avqustun 26-dan qüvvəyə mindirəcək.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, ABŞ Federal Reyestrinin elektron bazasında yerləşdirilən Dövlət Departamentinin müvafiq açıqlamasına görə sözügedən sanksiyaların tətbiqi Ağ Ev və Dövlət Departamenti tərəfindən bu ayın əvvəlində elan olunmuşdu.

Belə ki, avqustun əvvəlində ABŞ prezidenti Donald Tramp kimyəvi və bioloji silahlara nəzarət və onların tətbiq edilməməsi haqqında 1991-ci ildə qəbul olunmuş qanunu pozan ölkəyə qarşı müvafiq məhdudlaşdırıcı tədbirlərlə bağlı prosedurlara dair fərman imzalamışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı