Modern.az

Gecə klubunda 52 nəfər saxlanıldı

Gecə klubunda 52 nəfər saxlanıldı

24 Avqust 2019, 20:19

İranın şimalında yerləşən Mazandaran vilayətinin Sari rayonunda qanunsuz gecə klubunda 52 nəfər saxlanılıb.

Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu məlumatlı rəsmi Fars informasiya agentliyinə açıqlamasında deyib.

Rəsminin sözlərinə görə, saxlanılanlardan 29 nəfəri oğlan, 23 nəfəri isə qızdır.

Ötən həftə də Mazandaran vilayətinin Cuybar rayonunda şənlik sarayında 10 nəfər ictimai qaydalara riayət edilmədiyinə görə saxlanılıb.

İranda gecə klubları qadağandır. Şənlik mərasimləri isə İranın dini və ictimai qaydalarına əsasən təşkil olunmalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir