Modern.az

Fransada etirazçılarla  qarşıdurma

Fransada etirazçılarla  qarşıdurma

Dünya

24 Avqust 2019, 23:38

Fransanın Bayonna şəhərində “Böyük yeddilik” sammitinə qarşı etiraz aksiyaları keçirilir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı etirazçılarla asayiş keşikçiləri arasında qarşıdurmalar da olub.

Məlumata görə, polis nümayişçilərin dağıdılması üçün gözyaşardıcı qazdan və xüsusi vasitələrdən istifadə edib. Ümumilikdə isə vəziyyətin nəzarət altında olduğu deyilir. Qarşıdurmalar zamanı saxlanılanlar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Hazırda nümayişlər davam etdirilir.

Qeyd edək ki, Andaye şəhərində də aksiyalar keçirilir. Burada 9 min iştirakçı toplaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!