Modern.az

Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI

Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI

25 Avqust 2019, 16:10

Azərbaycan polipropilen və polietileni əsasən Türkiyə, Rusiya, Ukrayna, Belarus, Polşa və Litvaya ixrac olunur.

 

Bunu Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

 

Məlumatda qeyd olunub ki, "SOCAR Polymer" zavodundan istehsal olunan məhsulun böyük hissəsi ixrac olunur.

 

O da bildirilib ki, bu ilin yanvar-iyun aylarında 52 tona yaxın polipropilen və polietilen ixrac olunub.

 

Qeyd edək ki, "SOCAR Polymer" 2013-cü ildə yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır