Modern.az

55 illik ömrün ANLARI - FOTOLAR

55 illik ömrün ANLARI - FOTOLAR

Fotosöhbət

26 Avqust 2019, 10:04

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib və Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə akademik Krasnovun rəhbərliyi altında Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
10 may 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir.

2005, 2010 və 2015-ci illərdə Azərbaycan parlamentinin deputatı seçilib.

Yeni Azərbaycan Partiyasının 2013-cü il iyunun 7-də keçirilən V qurultayında sədr müavini seçilib.

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

Modern.az saytı Mehriban xanımın 55 illlik ömrünün bəzi anlarından fraqmentləri təqdim edir:










































































Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi