Modern.az

Rəsmi Bakı Qarabağa səfər edən deputatı “təlxək” adlandırdı

Rəsmi Bakı Qarabağa səfər edən deputatı “təlxək” adlandırdı

26 Avqust 2019, 16:46

Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Zonneborn Qarabağa gəlib. Qondarma “Qarabağ Respublikası”nın rəsmi şəxsləri ilə görüşən siyasətçi səfərinin əsas məqsədinin regionda turizmin inkişafı olduğunu deyib.

 

Onun 25 nəfərdən ibarət nümayəndə heyəti ilə Qarabağa səfər etdiyi açıqlanıb. Martin Zonneborn 1954-cü il mayın 15-də Almaniyanın Hettingen şəhərində anadan olub. O 2000-2005-ci illərdə “Titanic” satirik jurnalının baş redaktoru olub.

Modern.az saytı məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin  mövqeyini öyrənməyə çalışıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva saytımıza açıqlamasında bildirib ki, bu deputat ötən il XİN-in “qara siyahı”sına daxil edilib:

 “Qeyd etmək istərdim ki, Avropa Parlamentinin Avropadan olan marginal üzvü, həmçinin, kloun (təlxək) siyasətçi kimi tanınan Martin Zonneborn hələ ötən ilin avqustunda ölkəmizin işğal olunmuş  Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər edib. İcazəsiz səfərə görə  onun adı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş əcnəbi vətəndaşlar siyahısına daxil edilib”.

“Hazırda da bu deputatın adı XİN-nin "qara siyahısındadır”-deyə XİN  rəsmisi əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər