Modern.az

Müdriklik və uzaqgörənliklə xalqa xidmət MİSSİYASI

Müdriklik və uzaqgörənliklə xalqa xidmət MİSSİYASI

Parlament

27 Avqust 2019, 13:43

Bu ilin may ayının 10-da Heydər Əliyev Fondunun yaradılmasının 15 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Fondun təşəbbüskarı və yaradıcısı ölkənin birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Artıq 15 ildir ki, Mehriban xanım əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan bu Fonda uğurla rəhbərlik edir. Eyni zamanda, qeyd edək ki, Mehriban xanım 2017-ci ilin fevral ayından həm də yüksək dövlət vəzifəsi daşıyır, ölkənin ilk birinci vitse-prezidenti vəzifəsini icra edir.  Mehriban xanım istər Heydər Əliyev Fonduna rəhbərlik etdiyi ötən 15 il ərzində, istər son iki illik birinci vitse-prezidentlik dönəmində gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə, Azərbaycanı həm də dünya miqyasında tanıtdırmaqla, layiqincə təmsil etməklə, mərhəmət, şəfqət, xeyirxahlıq mücəssiməsi obrazı yaradıb, həmçinin, əsl, yüksək səviyyəli dövlət xadimi kimi özünü təsdiqləyib.


Böyük mənəvi-əxlaqi və siyasi məzmun daşıyan amnistiya aktları və ya on minlərin sevincinə qatılan sevinc...


Elə bu yerdəcə xatırlatmaq lazımdır ki, 2005-2017-ci illərdə millət vəkili olarkən Mehriban xanım yüzlərlə, minlərlə, on minlərlə insanın sevincinə sevinc qatan addımlara imza atmışdır. Yəni, Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi 12 illik tarixi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistoya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsi olmuşdur. İlk dəfə 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, “...səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. O, bu nəcib təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır...


Xeyirxahlıq, rəhm və mərhəmətin ünvanı...


Yeri gəlmişkən, bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən böyük ehtiyac duyduğu məqam, məsələ xeyirxahlıq, rəhm və mərhəmətdir. Hansı ki, dünyanı idarə edənlərdə bəzən və bir çox hallarda bunun əksini görümüşük və görməkdəyik. Amma çox sevindirici və qürurverici bir haldır ki, istər ölkə prezidenti cənab İlham Əliyevdə, istərsə də, Mehriban xanımda bu keyfiyyətlərin hamısı birləşib, vəhdətləşib, çulğalaşıb. Bu yerdə qeyd edək ki, son yüz illikdə, 20-ci əsrdən üzü bu yana, 21-ci əsrin artıq ikinci on illiyini başa vurmaq olduğumuz bir ərəfədə isə rəhmə, mərhəmətə, şəfqətə bəlkə də tarixdə, insanlıq, bəşər həyatında olmadığı qədər ehtiyac duyulub və duyulmaqdadır. Çünki 20-ci əsr başlayar-başlmaz dünya tarixində ən qanlı savaşlara, vətəndaş müharibələrinə, milli-azadlıq mübarizələrinə, idologiyaların, sivilizasiyaların qarşıdurmalarına, aclıqlara, səfalətlərə  şahidlik edib və bu gün, 21-ci əsrin özündə də şahidlik etməkdədir. Müharibələr, savaşlar, qarşıdurmalar insan qanın axıdılması, minlərin, on minlərin, yüz minlərin, milyonların məhvi, əsir, itkin düşməsi, mənəvi-maddi-fiziki işgələrə məruz qalması, aclıq, yoxsulluq, səfalət içində yaşaması deməkdir. Bunun üçün çox da uzağa getmək lazım deyil. 31 ildən bu yana haqsız və ədalətsiz yerə məruz qaldığımız, zorla cəlb olunduğumuz Qarabağ  münaqişəsi  bunu bütün çılpaqlığı ilə ortaya qoyur. Bu illər ərzində minlərlə, on minlərlə insanımızı itirmişik, minlərlə, on minlərlə Şəhidimiz var, minlərlə, onlarla yaralımız, əlilimiz var, hələ də haqlarında heç bir məlumat olmayan, öldü-qaldısı bilinməyən əsir və girovlarımız var, torpaqlarımızın 20 faizi işğaldadır, bir milyondan artıq qaçqın və məcburu köçkün ordusu hələ də haqlarının bərpa olunacağı günün həsrəti ilə yaşamaqdadır. Odur ki, bütün bunlar-yaşananlar və yaşadılanlar dünyada, insanlıq tarixində belə demək mümkünsə, mərhəmətə, rəhmə, şəfqətə olan tələbatı, ehtiyac ikiqat, üçqat, beşqat artırmışdır. Bu gün dünyanın, insanlığın ehtiyacı məhz rəhm, mərhəmət və şəfqətdir. Bu ali dəyərləri öz üzərinə götürən, öz çiyinlərində daşımağa qərar verən insanlar, qurumlar da az deyil. Onlardan bu missiyasını şərəflə yerinə yetirənləri, bu və ya digər səbəblərdən yarlyolda qalanları, axsayanları da var. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılan Heydər Əliyev Fondu da məhz bu yüksək-ali dəyərləri özündə ehtiva edərək, şərəfli bir missiyasının daşıyıcısına çevrilmişdir.Daha konkret ifadə etmiş olsaq, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev 2003-cü ilin dekabrında vəfat etdikdən sonra onun zəngin irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması və nurlu əməllərinin davam etdirilməsi məqsədilə xüsusi bir ictimai qurumun yaradılmasına dair müxtəlif təşəbbüslər irəli sürülüb.  Bu baxımdan, cəmiyyətin sosial sifarişi nəzərə alınaraq 2004-cü ilin mayında qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu yaradılıb. Fondun əsas missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir. Yarandığı dövrdən indiyədək fond öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirmişdir. Fond öz proqramları, layihələri, xeyriyyə fəaliyyəti ilə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yüksək nailiyyətlər qazanmışdır. Fondun təşəbbüsü ilə respublikanın müxtəlif şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixi və zəngin mədəni irsindən bəhs edən, yeni avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş mərkəzlər yaradılmışdır. Bu mərkəzlər təkcə muzey funksiyası daşımır, eyni zamanda, yeniyetmə və gənclərin müxtəlif bilik və bacarıqlara yiyələnmələrinə xidmət edir. Mərkəzlərin nəzdində kompyuter kursları, şahmat, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltəraşlıq və s. dərnəklər fəaliyyət göstərir.


“Yeniləşən Azərbaycana yeni məktəb” və ya 3 mindən çox məktəb...


Azərbaycan vətəndaşları üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən bu istiqamətdə bir sıra proqram və layihələr həyata keçirir. Bunlar “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələridir. Vətəndaş cəmiyyəti və özəl sektor tərəfindən dəstəklənən layihə və proqramlar çərçivəsində onlarla uşaq müəssisəsi, 400-dən çox məktəb binası inşa olunub və ya yenidən qurulub. Fondun təşəbbüslərinə dövlət tərəfindən yaxından dəstək verilmiş, ümumilikdə, son 15 il ərzində 3 min 200-dən çox məktəb tikilmiş, təmir edilib və bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilməkdədir. Həmçinin, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkə üzrə 39 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib və ya yenidən qurulub.  Fondun bu qəbildən olan başqa bir təşəbbüsü “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihəsidir. Cəmiyyətə 2014-cü ildə təqdim edilmiş layihədə Bakı şəhərində uşaq bağçalarına olan tələbatın tam ödənilməsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və ötən 5 il ərzində də bu istiqamətdə xeyli addımlar atılıb.


Məhsətiyə və Natəvana Vətən sevgisi...


Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti əsasən üç istiqaməti əhatə edir: milli-mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası və yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması. Qeyd edək ki, mədəniyyət bütövlükdə ölkənin və millətin ruhudur. Mədəniyyətin çiçəklənməsi, mədəniyyətin gücü millətin gücü deməkdir. Öz mədəniyyətinə tam güvənmədən, mədəniyyət inkişaf etmədən və çiçəklənmədən millətin böyük dirçəlişindən söhbət gedə bilməz.


Mehriban xanımın, o cümlədən, onun rəhbərlik etdiyi Fondun fəaliyyətində də daim bu məqama, bu nüanca çox ciddi diqqət yetirilib, əsas həfədlərdən və istiqamətlərdən biri kimi seçilib. Mehriban xanımın və Fondun çoxşəxali fəaliyyəti mədəniyyətimizin inkişafına, insanlara daim qağyı göstərməyə çağırır. İnsanlar Heydər Əliyev Fonduna inanır. Əgər inam varsa, ümumiyyətlə, xalq inama malikdirsə, dövlət gücə, millət isə özünün inkişaf perspektivlərinə malikdir.  Bu baxımdan, bütövlükdə cəmiyyətin mədəni səviyyəsini artırmaq Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Biz mədəni səviyyəni artırmaqla, milli ruhu-dövrün ruhunu zənginləndirməklə, əzəmətləşdirməkləvətənpərvərlik hisslərini daha da gücləndiririk. Ümumiyyətlə, bizim insanlarda kollektiv düşüncə, kolletiv yaddaş barədə də düşünmək lazımdır. Çünki bizim çox zəngin adət-ənənələrimiz, mənəvi-mədəni dəyərlərimiz var. Onları qorumaq üçün ayrı-ayrılıqda yox, kollektiv şəkilində düşünmək lazımdır. Odur ki, biz kollektiv yaddaşımızı daha da gücləndirməliyik. İnsanlara yaxşlıq etmək,  valideynlərə hörmətlə yanaşmaq, qayğı göstərmək, vətənə və xalqına sadiq olmaq həvəsini oyatmaq lazımdır. Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri də elə məhz budur.

***


Həmçinin, bu sıradaYUNESCO-nun Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri siyahısında yer almış Azərbaycan muğamının inkişafına və tanıdılmasına xidmət edən Beynəlxalq Muğam Mərkəzinin açılmasını, o cümlədən, Müasir İncəsənət Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin,  həmçinin 2008-ci ildə açıq sıma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin, 2011-ci ildə yenə Qala qəsəbəsində əsasən uşaqlar və gənclər üçün nəzərdə tutulmuş Etno-Ekoloji Mərkəzi və Qala Əntiq Əşyalar Muzeyinin, 2015-ci ildə Zirə Mədəniyyət Mərkəzinin yaradılmasını xatırlamaq olar. Bununla yanaşı, ötən ilin sonlarında Bakıda Kitab Mərkəzinin açılmasını qeyd etmək lazımdır ki, burada da məqsəd mütaliyə marağın artırılması olub. Həmçinin, ötən ilin yayında Bakı Bulvarının  rəmzlərindən biri olan “Qu quşları” fəvvarə kompleksinin açılışı olmuşdur. Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin “7 gözəl” poeması və baletindən ruhlanaraq, yaradılan 7 qu quşu heykəli 1960-cı illərdə olduğu kimi, hər biri fərqli ölçüdə və fərqli hərəkəti təsvir edərkən hazırlanıb. Eyni zamanda, Mehriban xanımın təşəbbüsü ilə 2012-ci ildə İtaliyanın Roma şəhərindəki “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olub. O Nizami Gəncəviyə ki, nəinki Azərbaycan və Şərq ədəbiyyatını, bütövlükdə dünya ədəbiyyatını öz inciləri ilə bəzəmiş, 5 məşhur poemadan ibarət “Xəmsə”si ilə söz dünyasına öz əbədilik möhürünü vurub. Bununla belə, Mehriban xanım növbəti təşəbbüsü ilə 2016-cı ildə Belçika Krallığın Vaterlo şəhərinin mərkəzi parkında postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan. Qarabağ şahzadəsi. Azərbaycan” sözləri yazılmış Azərbaycanın görkəmli şairəsi  Natəvanın abidəsi açılıb. Bundan cəmi bir il sonra isə Fransanın Evian şəhərində böyük şairəmiz Natəvanın heykəli ucaldılıb. Eyni zamanda, 2016-ildə Mehriban xanımın və Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi “Nizami Gəncəvi və Məhsəti Gəncəvi: 12-ci əsrlə 21-ci əsri birləşdirən ədəbi körpü” layihəsi çərçivəsində Konyak şəhərində dünya şöhrətli rübailər ustası Məshəti Gəncəvinin heykəlinin açılış mərasimi olub.


Qeyd edək ki, XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi-rübailər ustadı Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. 71 illik həyatı  boyunca Məhsəti hər şeydə birincilik qazanıb. O, ilk məşhur Azərbaycan  şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.

9 əsr öncə “Yetməzmi,qəribə verdin işgəncə,

Cəfanın hüdudu olmazmı, səncə!?

Demişdin; Gəncədə kamə yetərsən,

İndi bu mən, bu sən, bax, bu da Gəncə!..”-deyən Məhsəti Gəncəvi haçansa ağlına, xəyalına da gətirməzdi ki, uzun əsrlərdən, yüz illiklərdən sonra, 21-ci əsrdə onun heykəli nəinki Azərbaycanda, hətta, ondan qat-qat uzaqlarda, Qərb, Avropa mədəniyyətinin beşiyi sayılan ölkələrdən birində ucaldılacaq. Ancaq Azərbaycan mədəniyyətinə, Azərbaycan ədəbiyyatına böyük dəyər verən Mehriban xanım və Heydər Əliyev Fondu ağıla, xəyala gəlməyənləri bu dəfə də gerçəkləşdirməyi bacardı. Bu, həm də keçmişə, tarixə, varisliyə sadiqlik nümayişi, sədaqət hissi idi. Yəni, istər Məhsəti xanımın, istər Natəvan xanımın Qərb, Avropa ölkələrində heykəllərinin ucaldılması həm Mehriban xanımın,  həm Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə, Azərbaycan klassiklərinə nə qədər böyük önəm verməsinin, milli-məvəvi dəyərləri nə dərəcədə üstün tutmasının daha bir göstəricisi, dahi bir bariz nümunəsidir.


Həmçinin, hər il təşkil edilən beynəlxalq musiqi yarışmaları nəinki Azərbaycanın, hətta dünyanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirilir. Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq  Musiqi Festivalı, Muğam Müsabiqəsi, Beynəlxalq Aşıq Festivalı kimi irimiqyaslı tədbirlər ifaçılıq sənətinin inkişafına əlverişli şərait yaratmaqla bərabər, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə də xidmət edir...


Azərbaycan muğamının “ikinci nəfəsi”...


Mehriban xanımın fəaliyyətində ən mühüm yerlərdən biri tutan, məhz onun təşəbbüsü və dəstəyi ilə gerçəkləşdirilən Muğam Müsabiqəsinə xüsusi toxumaq lazımdır. Bu yerdə xatırladaq ki, Azərbaycan dünya musiqi mədəniyyətinə böyük töhfələr verib, Üzeyirbəy Hacıbəyli, Müslüm Maqomayev, Soltan Hacıbəyov, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev kimi bəstəkarlar, dühalar bəxş edib. Amma Azərbaycan musiqi mədəniyyətinin kökündə, təməlində Azərbaycan muğamı dayanır. Dahi Üzeyirbəy Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kimi nəhəng bir əsər-kitab qoyub ortaya. Bu kitab bütün dünyaya-hamıyasübut etdi ki, muğam Azərbaycan musiqisidir, onun dərin kökləri və əsasları var. Odur ki, Mehriban xanımın və Heydər Əliyev Fondunun fəaliyyətində Azərbaycan muğamına sevgi, ehtiram, onun yayılması və təbliğ edilməsi ən mühüm istiqamətlərdən birinə çevrilib. Konkret olaraq,  2005-ci ildən bu yana keçirilən  və AzTV ilə yayımlanan Muğam Müsabiqəsnin dəyəri ölcüyəgəlməzdir. Çünki bu müsabiqə Azərbaycan muğam sənətinin inkişafına növbəti təkan verib, ikinci nəfəs rolunu oynayıb. Hər kəsə də yaxşı məlumdur ki, Azərbaycan tarixən söz, sənət, mədəniyyət məkanı olub. Burada sözə, sənətə, ədəbiyyata, incəsənətə, aşıq-ozan sənətinə, muğam yaradıcılığına böyük dəyər, qiymət verilib. Qılıncla qələm, qılıncla saz, qılıncla muğam bir olub. Düşmən üzərinə gedən babalarımız, ulularımız bir əllərində qılınc, bir əllərində saz tutub. “Dədə Qorqud”dan, “Koroğlu”dan bu yana bu estafet hər zaman davam edib, etdirilib. “Heyratı”, “Cəngi” sədaları altında düşmən üzərinə şahinlər kimi şığıyan igidlərimiz qəhrəmanlıq tarximizin ən gözəl səlnamələrini yaradıb. Yəni, bir xalq, bir dövlət olaraq, söz, sənət, aşıq-muğam sənəti iliyimizəcən, qanımızacan hopub. Bu gün işğal altında olan Qarabağımız, Şuşamız, Ağdamımız dünyanın mədəniyyət, incəsənət, muğam konservaroriyası olub. Azərbaycan muğam məktəbi, xüsusilə, Qarabağ-Şirvan-Bakı zonası dünyaya Zabul Qasım, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Şeyid Şuşinki, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Tələt Qasımov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Alim Qasımov, Sara Qədimova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Arif Babayev kimi və daha neçə-neçə nəhənglər, muğam ustadları bəxş edib. Odur ki, muğam sənətinin qorunması, yaşadılması və nəsillərdən-nəsillərə ötürülməsi həyati  vacib bir məsəldir. Bu, həm də keçmişə, tarixi milli-mənəvi dəyərlərimizə sahiblənməyimiz deməkdir. Onu da nəzərə alsaq  ki, tarixən, xüsusilə də, son 30-40 ildə bizim bu dəyərlərimizə sahib çıxmaq istəyənlərin sayı çoxalıb, sıraları genişlənib. Ələlxüsus, mənfur qonşularımız torpaqlarımıza iddia etməklə kifayətlənməyib, fürsət və məqam düşdükcə, milli-mənəvi dəyərlərimizə, tarımıza, kamanımıza, sazımıza, milli musiqilərimizə, oyun havalarımıza, muğamlarımıza, milli mətbəx nümunələrimizə belə sahiblənmək istəyib, dil uzadıb. Onların bu yöndəki təxribatçılıq, oğurluq əməlləri hələ də davam etməkdədir. Ancaq Azərbaycan ictimaiyyətinin, xüsusilə, Heydər Əliyev Fondunun və Mehriban xanımın aparığı iş, gərgin zəhmət və fəaliyyət nəticəsində ermənilərin və milli-mənəvi dəyərlərimizə sahiblənmək istəyən digər məfur qüvvələrin bu yöndəki fəaliyyətinə ciddi zərbələr endirilib. İstər muğam, istər kaman, istərsə də digər dəyərlərimiz YUNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil edilmişdir, Azərbaycana məxsusluğu qeyd edilib. Bu baxımdan, yəni, varislik ənənələrinin qoruması, davam etdirilməsi, dəyərlərimizə sahiblənmək baxımından 2005-ci ildən keçirilən Muğam Müsabiqəsinin yeri və rolu çox böyük və əvəzsizdir. Hər il müsabiqədə iştirak edən - gözəl səsə malik olan, yüksək ifaçılıq məharəti ilə seçilən onlarla iştirakçının cəmi bir neçə ildən sonra Azərbaycanın ən  dəyərli muğam ifaçılarına çevrilməsi, onların Azərbaycanın hüdudlarından kənara çıxaraq, beynəlxalq arenada tanınması, Azərbaycan muğamlarını, Azərbaycan mədəniyyətini dünyaya çatdırması, nümayiş etdirməsi bu müsabiqənin nə qədər böyük əhəmiyyət daşımasının sübutudur. Bu müsabiqənin bir özəlliyi də odur ki, o, hər bir ailəyə sirayət etmişdir, hər bir ailəyə qonaq olub,  hər bir kəsin sevə-sevə, zövqlə izlədiyi əsl sənət yarışmasına çevrilib.  Açığını qeyd etmək lazımıdır ki, bu gün elə bir ailə tapmaq olmaz ki, bu müsabiqəni izləməmiş olsun. Yəni, bu müsabiqə hamının sevgiylə, sayğıyla, zövqlə izlədiyi bir müsabiqədir. Ona görə hesab edirəm ki, bu müsabiqə Fondun fəaliyyətində, tarixində özünü qızıl hərflərlə həkk etdirib.


Eyni zamanda, Fondun xətti ilə reallaşdırılan “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı, Qala Festivalı, Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı, “Daşın nəğməsi” Beynəlxalq Heykəltəraşlıq Simpoziumu kimi və sair irimiqyaslı tədbirlər Azərbaycan mədəniyyətinin, bütövlükdə Azərbaycanın inkişafına, təbliğinə xidmət edir. Həmçinin, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində iştirakının təşəbbüskarı məhz Heydər Əliyev Fondu və onun prezidenti olub. Məhz bu dəstəyin nəticəsində ölkəmiz 2008-ci ildən etibarən hər il bu müsabiqəsində müvəffəqiyyətlə təmsil edilməkdədir. Sonuncu, İsraildə keçirilən yarış, Azərbaycan təmsilçisinin uğurlu çıxışı da buna əyani sübutdur.  Bu yerdə onu da xatırlatmaq gərəkir ki,  2011-ci ildə Almaniyada keçirilən “Eurovision” müsabiqəsində təmsilçilərimiz 221 səs toplayaraq yarışmanın qalibi olub, 2012-ci ildə isə Azərbaycan qalib ölkə kimi bu müsabiqəyə uğurla ev sahibliyi edib. Ölkəmiz bu müsabiqəni gözlənildiyindən çox yüksək səviyyədə təşkil edərək, dünyaya özünün əsl reallığını nümayiş etdirib. Dünya bir daha Azərbaycanın mədəniyyət, tolerantlıq mərkəzi olmasının şahidinə çevrilib.

Heydər Əliyev Fondu, o cümlədən, Mehriban xanım ötən illər ərzində regionlarda da muğamın inkişafına, muğam mərkəzlərinin yaradılmasına dəstək verib. Belə ki, 2008-ci  ildə Fondun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi, 2018-ci ildə isə Ağdam şəhərində Ağdam Muğam Mərkəzi inşa olunub və onların açılış mərasimlərində də Fondun prezidenti kimi Mehriban xanım, həmçinin,  ölkə prezidenti cənab İlham Əliyev və Azərbaycanın bir qrup tanınmış sənətçisi iştirak edib.

 

Səhiyyəyə, əhalinin sağlamlığının təmin olunmasına sistemli yanaşma...


Mehriban xanım, istərsə də Heydər Əliyev Fondu əhalinin sağlamlığının qorunması məsələsində də yaxından iştirak edir. Çünki ölkənin inkişafını xarakterizə edən əsas göstəricilərdən biri səhiyyə göstəricilərdir, orta yaş müddətidir, demokrafik inkişafdır. Heydər Əliyev Fondunun bu istiqamətdə keçirdiyi layihələrlə tanış olduqda, onların mahiyyətini dərk etdikdə bir daha əminlik yaranır ki, Mehriban xanımın və Fondun fəaliyyəti səhiyyənin inkişafına da sistemli yanaşmanı ön plana çəkir. Çünki səhiyyə, əhalinin sağlamlığının təmin olunması ayrı-ayrı lokal tədbirlərlə deyil, ona sistemli yanaşma ilə ölçülür və sistemli yanaşmanı tələb edir.  Bu baxımdan, Fondun bu istiqamətdə müəyyən etdiyi başlıca vəzifələrdən biri uşaq evləri və internatlardakı azyaşlı və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər layihələr həyata keçirmiş, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olub. Fondun yarandığı gündən ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzi və digər tibb ocaqları tikilmiş, təmir olunmuş və yenidən qurulub. Qeyd edək ki, “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində diabet xəstəliyindən əziyyət çəkən uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris qələmlərlə təmin edilirlər. Həmçinin, “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində bu il Talassemiya Mərkəzində xarici və yerli mütəxəssislərin iştirakı ilə uzun müddət talassemiya xəstəliyindən  əziyyət çəkən xəstələrə sümük iliyi və yağ toxumalarından əldə edilən kök hüceyrələrin transplantasiyası həyata keçirilmişdir. Bununla da, Azərbaycanda ilk dəfə xüsusi metodala alınan kök höceyrələr klinik praktikada tətbiq edilib. Bunlar hamısı Mehriban xanımın və rəhbərlik etdiyi Fondun təmənnasız xidmətləridir...


Mədəniyyətin qaynağı və mənbəyi çox min illik tarixə malik olan ənənələrimizdir. Sınaqlardan çıxmış mədəniyyətin qorunub-saxlanılması mövqeyində möhkəm dayanaraq, müasir Azərbaycan reallıqlarından çıxış edərək, müasir dövrün şərtləri ilə uzlaşaraq, modernizasiyaya, dünyaya və gələcəyə ünvanlanan milli, zəngin və tarixi mədəniyyətimizi inkişaf etdirmək, mənəvi və maddi mədəniyyətin əlaqəli inkişafına təsir göstərmək,  milli dövlət quruculuğu ideyalarına, xalqa xidmət mövqeyində dayanmaq deməkdir.


Xeyriyyəçiliyin yeni məzmunu...


Mehriban xanımın və Heydər Əliyev Fondun fəaliyyətini izləyərkən, müşahidə edərkən görürük ki, burada mühüm istiqamətlərindən, prioritetlərindən biri də xeyriyyəçilikdir. Belə demək mümkünsə, tarixi ənənələri olan Azərbaycan  xeyriyyəçiliyi Mehriban xanımın və onun rəhbəri olduğu Fondun fəaliyyəti sayəsində yeni dəyər, yeni məzmun və yeni mahiyyət kəsb edib. Heç təsadüfi deyil ki, valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə fond mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Bu aksiyalar çərçivəsində Fond geniş tərkibli yardımlar göstərir. Belə ki, qurum uşaq evlərinə və internat məktəblərinə hədiyyələr göndərməklə yanaşı, konsert və əyləncə proqramları təşkil edir. Fond hər il təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqlar üçün Yeni il və Novruz şənlikləri keçirir. Fond, həmçinin qaçqın və məcburi köçkün ailələrindən, eləcə də valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqlara yardım edir. Azərbaycanda və xaricdə fəaliyyət göstərən qurumlara bayram hədiyyələri göndərir. Mehriban xanım keçirdiyi görüşlərdən, xeyriyyə aksiyalarından birində bunları qeyd edir:

“Əziz uşaqlar, siz bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Azərbaycan sülhsevər, sabit ölkədir və biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq. Görülən bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Bizim əsas amalımız gələcəkdə sizi mənəvi və fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir. Mən ölkəmizin hər bir uşağına, hər bir balacasına öz hədsiz məhəbbətimi çatdırıram...”.

Hesab edirəm ki, əlavə sözə, əlavə izahata da geniş ehtiyac yoxdur. Bu, ölkənin birinci xanımın Azərbaycanın gələcəyinə, onun sabahına olan münasibətidir. Bu münasibət Azərbaycanın gələcəyinin həm də təminatı, etibarlı əllərdə olması deməkdir.

 

Uğurlu beynəlxalq əməkdaşlıq, “Xocalıya ədalət” və ya dünyanın duymağa, görməyə, qəbul etməyə başladığı Azərbaycan-Xocalı həqiqətləri...


Mehriban xanımın gərgin və işgüzar fəaliyyəti nəticəsində Heydər Əliyev Fondu Azərbaycan hüdudlarından kənara çıxaraq, beynəlxalq səviyyəli bir quruma çevrilib. Fondun ABŞ, Rumıniya, Rusiya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Qurum BMT-nin İnkişaf Proqramı, UNESCO, İSESCO, FAO və digər beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir. Məhz bu sıx əməkdaşlığın nəticəsidir ki, artıq Azərbaycanın  haqq səsi dünyada eşidilir, onun Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalması etiraf edilir. Ümumiyyətlə, fəaliyyəti dövründə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm verən Fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiyalar keçirir. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. 2012-ci ilin fevralında fondun təşəbbüsü ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Srebrenitsa və Dağlıq Qarabağın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Fondun, xüsusilə, Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın artıq neçə ildən bəri apardığı “Xocalıya ədalət!” kampaniyası Azərbaycan hüdudlarından çox-çox kənarlara çıxaraq, Avropa, Asiya, hətta, uzaq Latın Amerikası ölkələrini belə əhatə edib. Hər il, xüsusilə də, Xocalı soyqırımının ildönümü ərəfəsində  dünyanın az qala hər bir guşəsində “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra önəmli və əhəmiyyətli aksiyalar həyata keçirilmiş və keçirilməkdədir. Məhz bu kampaniyanın nəticəsidir ki, 1992-ci ildə dünyanın  soyyuqanlılıqla izlədiyi, göz yumduğu, eşitməzdən, duymazdan gəldiyi Xocalı qətliamı, Xocalı dəhşətləri artıq duyulmaqda, eşidilməkdə, etiraf edilməkdə, bunu edənlərə lənətlər yağdırılmaqdadır. Həmçinin, dövlətlər və parlamentlərə səviyyəsində Xocalı qətliamına hüquqi-siyasi qiymət verən qətnamələr, soyqırımı aktları qəbul olunub və olunmaqdadır. Bu, onu göstərir ki, həm məlum kampaniya çərçivəsində görülən işlər, həm də Azərbaycan dövlətinin səbrli, təmkinli, gələcəyə hesablanmış siyasəti nəticəsində dünya birliyi bir gün bütövlükdə Xocalı qətliamını soyqırımı aktı kimi tanıyacaq, bu və digər faciələrimzdə əli olan qanlı cinayətkarlar, hərbi canilər-kocaryanlar, sarkisyanlar, ohanyanlar, balayanlar, petrosyanlar və bir çoxları Haaqa Tribunalı, Beynəlxalq Cinayət Məhkəmə qarşısında cavab verməli və layiqli cəzalarını almalı olacaqlar.

Bununla yanaşı, beynəlxalq əməkdaşlıq istiqmətində, yəni,  Mehriban xanımın və Fondun təşəbbüsü ilə reallaşdırılan “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya, Pakistan və Niderlandda bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu işlərdən biridir. 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb tam yararsız vəziyyətə düşmüşdü. Fond tərəfindən qısa müddətdə 650 şagird yerlik yeni təhsil ocağı inşa edilib. Fondun ictimai səhiyyə sahəsində yer tutan layihələrinə Pakistanda aztəminatlı ailələrdən olan on minlərlə insanın “Hepatit B” virusuna qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliya və qan xəstəliklərindən əziyyət çəkən xəstələrin təcili tibbi yardım avtomaşını və qan paketləri ilə təmin olunması, eləcə də göz əməliyyatlarının həyata keçirilməsi də daxildir. Heç təsadüfi deyil ki,  Mehriban xanım  2015-ci ildə  Pakistanda göstərdiyi xidmətlərə görə, eləcə də, verdiyi böyük töhfələrə görə Pakıstanın ali dövlət mükafatı- “Hilal-e-Pakistan” ordeni təltif olunub. Ötən əsrin əvvəllərində Azərbaycan xalqının böyük oğlu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, təxminən bir əsr sonra isə Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım qardaş Pakistana öz xeyirxahlıq, insanpərvərlik əlini uzatmışdır ki, bu da bir daha Azərbaycanın daim öz ənənələrinə sadiqliyini, varisliyə münasibətin ortaya qoyub. Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılaraq, insanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdilər. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər. Və bir əsr sonra yenidən qardaş və dost Pakistanda bənzər hadisə baş verir və ilk yardım əlini uzadan yenə Azərbaycan, Heydər Əliyev Fondu və onun rəhbəri olur. Bu da əsl varislik, keçmişə sadiq nümunəsidir.


Həmçinin, 2011-ci ildə Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, SOCAR və Təhsil Nazirliyi arasında Bakıda fransız liseyinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalanıb,  həmin ilin oktyabrında isə Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə liseyin təməlqoyma mərasimi keçirilib. Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli vətəndaşların və Azərbaycan vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılmış məktəb 2014-cü ildə istifadəyə verilib. 2010-cu ildə isə Mehriban xanım Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa prezidentinin sərəncamı “Şərəf Legionu” ordeninin  zabit dərəcəsi ilə təltif olunub. Mehriban xanım həm də digər bir neçə nüfuzlu dövlətin ən yüksək ordenləri ilə təltif edilib ki, onlardan birinə elə bugünlərdə şahidlik etdik, dünyanın iki superdövlətindən biri olan Rusiyanın dövlət başçısı cənab Vladimir Putin Mehriban xanımı bu ölkənin ən ali ordeni-“Dostluq” ordeni ilə təltif etdi. Bu, çox əlamətdar və tarixi bir hadisədir. Bu münasibətlə Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, ictimai, siyasi fəaliyyətində, şəxsi və dövlət həyatında, işlərində növbəti uğurlar, müvəffəqiyyətlər, nailiyyətlər arzulayırıq. Mehriban xanım Azərbaycan naminə öz yorulmaz fəaliyyəti ilə bütün ali mükafatları, o cümlədən, dünyanın iki supergücündən biri olan qonşu və dost Rusiyanın ən yüksək dövlət ordenini – “Dostluq” ordenini sözün həqiqi mənasında tam haqq edir. Bu, onun əməyinin, zəhmətinin, fəaliyyətinin, xidmətlərinin bəhrəsidir, qiymətidir, nəticəsidir.


Bununla yanaşı, Mehriban Əliyeva 2008-ci ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, 2011-ci ildə Fransanın “Şərəf Legionunun Zabiti” dövlət ordeni, 2015-ci ildə isə Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni, 2018-ci ildə isə İtaliyanın  “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə ilə təltif olunub. Eyni zamanda, onu qeyd edək ki, Mehriban Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır. Bunlar da heç biri təsadüfi deyil. Çünki Mehriban xanım ictimai-siyasi-humanitar fəaliyyətə atılan gündən öz insanpərvər, xeyirxah, xoşməramlı  addımları ilə seçilib, fərqlənib, tanınıb. Harada yerləşməsindən və harada yaşamasından asılı olmayaraq, dünyada  yardıma, köməyə ehtiyacı olanlara kömək, yardım əlini uzadıb, onlara mərhəmət, şəfqət hissləri ilə, ədalət duyğusu, ana, bacı sevgisi ilə yanaşıb. Həm Heydər Əliyev Fondunun xətti, həm millət vəkili, həm də 2017-ci ildən Azərbaycan ilk Birinci vitse-prezidenti kimi rəsmi fəaliyyəti ilə ölkələr, dövlətlər, xalqlar, sivilizasiyalarası münasibətlərə, əlaqələrə öz misilsiz töhfələrini verib və bu gün də bu xətt ardıcıllıqla davam etdirilməkdədir. Rusiya da bizim qonşu, dost ölkələrimizdəndir. Bizi tarixi əlaqələr, keçmişimiz biri-birimizə sıx tellərlə bağlayır. Bu gün iki dövlət və iki ölkə lideri arasında çox yüksək və bərabərhüquqlu münasibətlər mövcuddur. Elə bir sahə, elə bir məsələ yoxdur ki, orada əməkdaşlıq, tərəfdaşlıq olmasın. Bu münasibətlərin inkişaf etdirilməsində, bugünkü səviyyətə çatdırılmasında heç şübhəsiz ki, Mehriban xanımın da böyük xidmətləri, əməyi, zəhməti var. O da iki dövlət atasında münasibətlərin yüksələn xətt üzrə inkişafı prosesinə öz əməli töhfələrini verib və verməkdədir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə uzun illərdir ki, Rusiyada, onun şəhərlərində ən müxtəlif və yüksək səviyyəli layihələr həyata keçirilib və keçirilməkdədir. Bu yöndə misalları çox çəkmək olar, amma atalar məsəlində deyildiyi kimi, görünən dağa bələdçi nə lazım?! Odur ki, Mehriban xanım öz yorulmaz fəaliyyəti ilə, o cümlədən, Azərbaycan-Rusiya münasibətlərinin dərinləşdirilməsi baxımından  Rusiyanın bu ali dövlət ordenini tam haqq edir.


Azərbaycan-Çin və Azərbaycan-Fransa münasibətlərinin inkişafında Mehriban Əliyevanın xidmətləri və töhfələri


Bu yerdə Mehriban xanımın Azərbaycan-Fransa, Azərbaycan-Çin münasibətlərinin inkişafındakı xidmətlərini də xüsusilə vurğulamaq gərəkir. Çünki hər iki dövlət müasir dünyamızın ən nəhənglərindən, ən qabaqçılı dövlətlərindəndir. Hər ikisi də dünyanın bir saylı təşkilatı olan BMT-nin veto hüququna malik 5 daimi üzvündən biridir. Fransa həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biridir. Hər ikisi də böyük tarixə, qədim ənənələrə və Azərbaycanla bağlı müsbət tarixi əlaqələrə, bağlılıqlara malik dövlətlərdəndir. Bizləri tarixi əlaqələr və münasibətlər bir-birinə bağlayır, Qədim İpək Yolundan tutmuş ta bu günümüzə qədər. Odur ki, hər iki dövlətlə münasibətlərin ən üst səviyyədə olması vacibdir və əhəmiyyətlidir, ilk növbədə də müstəqillik yollarında inamla addımlayan bir dövlət kimi bizə-Azərbaycana lazımdır. Çox sevindirici və əlamətdar haldır ki, Mehriban xanımın fəaliyyətində bu məqamlar da ən önəmli, ən prioritet istiqamətlərdən birini daşımışdır və daşımaqdadır. Hər iki ölkə münasibətlərin bugünkü yüksələn xətt üzrə inkişafında Mehriban xanımın da misilsiz və müstəsna xidmətləri var. Çinlə münasibətlərin inkişafına daim önəm verən  Mehriban Əliyeva 2018-ci ilin  avqustun 31-də Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də Çinlə Azərbaycan arasında münasibətlərin dostluq, tərəfdaşlıq üzərində qurulduğunu, qarşılıqlı hörmətə əsaslandığını, iki ölkənin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu, gələcək əməkdaşlıq üçün də böyük potensialın olmasına əminliyini söyləyib. Bu faktları eynilə də Fransa ilə münasibətlərə, onun inkişafına verilən dəyərə də aid etmək olar. Azərbaycan-Fransa münasibətlərinin inkişafında, bugünkü yüksək səviyyəyə çatdırılmasında da Mehriban xanımın xidmətləri və rolu çox böyük olub. Heç təsadüfi deyil ki, 2005-ci il tarixindən Azərbaycanda Fransız İnstitutunun, 2011-ci ildən Bakı Fransız Liseyinin, 2015-ci ildən isə Azərbaycan-Fransız Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın birbaşa rolu və xidmətləri var. Hesab edirik ki, 1994-cü ilin payızından-Ümummilli Lider Heydər Əliyevin dövlət rəhbəri kimi Fransaya baş tutan yüksəksəviyyəli ilk səfərindən başlanmış yol ötən illər ərzində istər ölkə prezidenti İlham Əliyev, istərsə də onun ən yaxın silahdaşı - Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla qət edilib. Ötən illər ərzində bəzi xırda məqamları nəzərə almasaq, Azərbaycan-Fransa əlaqələri özünün ən yüksək səviyyəsinə çatıb. Yəni, bu gün Azərbaycan-Fransa münasibətləri özünün yüksələn xətt üzrə inkişafı dövrünü yaşamaqdadır ki, burada da Mehriban xanımın xidmətləri xüsusilə vurğulanmalı, qeyd edilməlidir. Bu yerdə elə onu xatırlatmağa dəyər ki, bu ilin əvvəllərində Mehriban Əliyevanın Fransaya səfəri olmuş, orada çox mühüm və vacib görüşlər, müzakirələr aparılıb. Ümumiyyətlə, 2019-cu ilin mart ayında gerçəkləşdirən bu səfər və səfər çərçivəsində baş tutan görüşlər, müzakirələr həqiqətən tarixi hadisədir. Yəni, bu səfər və onun nəticələri iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə də, səfər zamanı “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüş çox önəmli görüş və hadisə sayıla bilər. Çünki məşhur Rotşildlər nəsli Azərbaycan üçün tanış olan nəsildir.  Hələ XIX əsrdə Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ildə “Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”ni təsis ediblər. O zaman dünyada neft sənayesinin mərkəzi məhz Azərbaycan, Bakı idi və bu baxımdan, Rotşild qardaşları Bakıya böyük investisiya gətiribilər. Heç təsadüfi deyil ki, bütün bunlar öz növbəsində o zamanlar  Bakıda neft sənayesinin daha da canlanmasına səbəb olub.


Eyni zamanda, Mehriban Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşündə isə bildirilib ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd etmiş, Mehriban Əliyeva isə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verildiyini bildirib və bunun üçün yaxşı zəmin olduğunu vurğulayıb. Bununla belə, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyi, bunun üçün tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalmasının vacibliyi vurğulanıb. Yeri gəlmişkən, yeridilən xəttin davamı olaraq, iyul ayında Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib. Bu da hesab edirik ki, iqtisadi münasibətlərin inkişafının davamlılığı baxımından çox mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri idi. Bu tədbirin baş tutmasında da Mehriban xanımın xidmətləti əvəzsizdir...


Yeni çağırışlar, yeni hədəflər, yeni qələbələr...

 
2014-cü ilin may ayının 10-da Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi yüksək və təntənəli şəkildə qeyd edilib. Həmin tədbirdə Mehriban xanım çox yaddaqalan və parlaq çıxış edib. Heç təsadüfi deyil ki, həmin yubiley gecəsində  Fondun prezidenti Mehriban xanım Əliyeva ötən illədə görülən işlərə, atılan addımlara toxunaraq, ekskurs edərək bildirib ki, 2004-cü il mayın 10-da fəaliyyətinə start verən Heydər Əliyev Fondu müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qoymuş, müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişini təmin etmiş şəxsin adını daşıyır və fəaliyyətlərinin ilk günündən də atdıqları addımlarla, gördükləri işlərlə bu yüksək ada layiq olmağa çalışıblar.


“On il ərzində biz xeyli nailiyyətlər əldə etmişik. Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır. Biz diqqətimizi ölkəmizdə həllini tapmayan problemlərin aradan qaldırılmasına yönəltdik. Biz Azərbaycanda çoxəsrlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrinə arxalanaraq, köməyə ehtiyacı olan hər kəsin yanında olmağa çalışdıq. Biz valideyn himayəsindən məhrum olan uşaqlara, qocalara, qaçqın və məcburi köçkünlərə, müxtəlif xəstəliklərdən əzab çəkən insanlara qayğı göstərməyi, onlara mənəvi dayaq olmağı prioritet məsələ kimi daim diqqət mərkəzində saxladıq. Ölkəmizdə mövcud olan uşaq evləri və internat məktəblərini tamamilə yenidən qurub onlarda ailə mühitinin formalaşdırılması, fiziki qüsurlu insanların cəmiyyətə qovuşmaları üçün normal şəraitin yaradılması, uşaq evlərini tərk edən gənclər üçün yaşayış binaları, qaçqın və məcburi köçkün ailələri üçün yaşayış massivlərinin inşa olunması sübut etdi ki, belə insanlara qayğı, belə insanlara kömək bizim fəaliyyətimizin əsas amillərindən biridir”-deyən Mehiban xanım onu da qeyd edib ki, 10 il ərzində Fond tərəfindən icra olunan layihələr, proqramlar ölkəmizin həyatının bir çox sahələrini əhatə edir və əldə olunan nəticələr o qədər genişdir ki, bütün işləri əks etdirmək, dilə gətirmək o qədər də asan deyil. Daha sonra Mehriban xanım “Bu, bizi şad edir ki, çox hallarda Fond tərəfindən start verilən layihələr, Fondun təşəbbüsləri sonradan dövlət tərəfindən dəstəklənir və ölkədə daha geniş bir şəkildə icra olunur. 2005-ci ildə Fond “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini başladı və bu layihə çərçivəsində Fondun dəstəyi ilə ölkəmizdə 412 yeni məktəb inşa olundu. Sonradan bu proqramı dövlət dəstəklədi və ölkəmizdə 3 mindən artıq məktəb təmir olundu və yaxud yenidən quruldu.Bir neçə il bundan əvvəl ölkəmizdə genetik xəstəliklərin yayılmasının qarşısını almaq üçün Fond tərəfindən “Talassemiyasız həyat naminə” proqramına başladıq və bu proqram çərçivəsində paytaxtımızda regionun ən böyük Talassemiya Mərkəzini inşa etdik. Bu gün bu xəstəliklərlə mübarizə üçün dövlət tərəfindən xüsusi proqram hazırlanır”-deyərək, həmçinin bildirib ki,  Fondun fəaliyyətinin digər çox vacib istiqaməti Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır.


Mehriban xanımın sözləri ilə desək, dünyanın müxtəlif ölkələrində Azərbaycan günləri və Azərbaycan gecələri keçirməklə Azərbaycanın keçmişini, Azərbaycanın tarixini, mədəniyyətini, bu gününü, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlıq və dözümlülük ab-havasını bütün dünyaya göstərmək, bütün dünyaya tanıtmaq məqsədi güdülüb. Çünki Mehriban xanımın da dediyi kimi,  belə görüşlərdə insanlar Azərbaycanı özləri üçün yenidən kəşf edirlər. Dünyanın ən möhtəşəm zallarında qədim Azərbaycan muğamı səslənir və sərgilərdə müasir Azərbaycanın müasir incəsənət xadimlərinin əsərləri ilə tarixi artefaktlar birgə nümayiş olunur. Ümumiyyətlə, Fond  hər bir xalqın mədəni irsini ümumbəşəri dəyər kimi qəbul edir və bu irsin qorunmasına Azərbaycandan kənarda da öz töhfəsini verir. Konkret olaraq,  Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburq Kafedral kilsəsinin vitrajları, Versal sarayındakı abidələr, Fransanın müxtəlif regionlarında yerləşən kilsələr, Berlin qəsri, Roma katakombaları, Vatikan kitabxanasında saxlanılan dəyərli foliantlar bərpa olunub.


Bununla yanaşı, ətraf mühitin qorunması, Xəzərinin ekoloji durumunun yaxşılaşdırılması sahəsində Fond tərəfindən hazırlanan proqramlar, təşəbbüslər artıq ölkəmizdə yeni bir gənclər hərəkatına çevrilib və İDEA kampaniyası çərçivəsində Azərbaycanda  milyonlarla ağac əkilib. Bu əkilən ağaclar da təkcə ölkəmizin, şəhərlərimizin, kənd və qəsəbələrimizin gözəlləşməsi, yaşıllaşdırılması demək deyil, bu, həm də ekologiyamızın təmizlənməsi, insanların sağlam həyat tərzinin təmin edilməsi deməkdir.


Çıxışının sonunda Mehriban xanım “Qarşıda bizi yeni çağırışlar, yeni hədəflər, yeni qələbələr gözləyir və mən əminəm ki, biz bütün çətinliklərin öhdəsindən birgə gələrək yeni nailiyyətlərə imza atacağıq”-deyə, bildirmiş və həmin dövrdən keçən 5 il, 2014-2019-cu illər ərzində görülən işlər, atılan addımlar da deyilənlərin sadəcə, söz, vəd olduğunu deyil, könkret əməl, fəaliyyət olduğunu bütün açıqlığı, aydınlığı ilə ortaya qoyub.

 

 İlham Əliyev: Heydər Əliyev Fondunun dünya miqyasında çox böyük hörməti var…

 

Heydər Əliyev Fondunun 15 illiyi ilə bağlı keçirilən təntənəli yubiley mərasimində, gecəsində söylənilən  fikirlər isə bir daha deyilənlərin reallıq, fakt, həqiqət olduğunu gözlər önünə sərib. Çünki başqa cür də ola bilməzdi. Bunlar hamısı yaşadığımız son illərin həqiqətləri və gerçəklikləridir. Yubiley gecəsində çıxış edən ölkə prezidenti cənab İlham Əliyev öz növbəsində bir daha Mehriban xanımın və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun gördüyü işləri yüksək qiymətləndirərək, qeyd edib ki, Fond ötən bu illər ərzində bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər görüb. O,  çıxışında bildirib ki, ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı - uşağı, xəstəni Fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb. Bəli, bu gün tam qətiyyətlə və əminliklə demək olar ki,  Mehriban xanımın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəinki Azərbaycan tarixində, həmçinin, dünya tarixində xeyirxahlıq fəaliyyətinə, mərhəmətlilik və şəfqətlilik davranışlarına fəaliyyətlərinə  görə, öz adını qızıl hərflərlə yazıb. 15 il böyük zaman məsafəsi olmasa da, amma bu illər ərzində görülən həmin zaman kəsiyini dəfələrlə aşıb və keçib. 15 illik tarix, 15 illik zəhmətə bir əsrə bərabər fəaliyyətlə eyni sırada, eyni səviyyədə dayanıb. Nəinki Azərbaycan  vətəndaşlarının, dünyanın mərhəmətə, qayğıya, dəstəyə ehtiyacı olan insanlarının ürəklə üz tuta biləcəyi əsl xeyirxahlıq, rəhm və mərhəmətlilik ünvanına çevrilib. Yolları açıq, işləri daim uğurlu olsun!

 

Azərbaycan əsgərinə, şəhidlərə və şəhid ailələrinə münasibətin ən yüksək zirvəsi...

 

Mehriban xanımın fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən  birini də, bəlkə də birincisini Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil etmişdir. Mehriban xanım bütün fəaliyyəti boyunca bu kateqoriyadan olan insanlara xüsusi diqqəti və həssaslılığı seçilmişdir.  Heç təsadüfi  deyil ki, hər il demək olar bir neçə də Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, əlilləri, xüsusilə, uğurlu Aprel əməliyyatlarında Şəhid düşmüş qəhrəmanlarımızın, igidlərimizin ailələri ilə, yurd-yuvalarından qovulmuş qaçqın və məcburi köçkünlərlə görüşür, onların problemlərini dinləyir və yerindəcə həllinə nail olmağa çalışır. Elə bu ilin əvvəllərində-yanvar ayında Şəhid ailələri ilə keçirilən görüşü və həmin görüşün nəticəsi olaraq,  Şəhid ailələrinə veriləcək birdəfəlik müavinətlərlə bağlı məsələdə anlaşılmazlığın aradan qaldırılmasını, həmçinin, Qarabağ döyüşlərində, Aprel hadisələrində yaralanmış, xəsarət almış, əlil olmuş əsgər və zabitlərimizlə bir araya gəlinməsi, eyni zamanda, cəmi günlər öncə qaçqın və məcburi köçkünlərlə baş tutan  görüşü qeyd etmək, xatırlamaq kifayət edər. Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşən Mehriban xanım  “Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır”-deyə, bildirmişdir.

 

2017-2018-ci illərdə 6126 mənzil, 2019-cu ildə  6 min mənzil…

 
Görüş zamanı bir daha bildirilib ki, prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılıb və bu günə də qədər bu istiqamətdə çox böyük işlər görülmüş, 300 mindən artıq insan evlə təmin olunub. Həmçinin, qeyd edilmişdir ki,  əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il, yəni, 2019-cu il ərzində təkcə 6 min mənzil təhvil veriləcək.

 
Görüş zamanı Mehriban xanım bir daha həm ölkə prezidentinin, həm  özünün  qaçqın və məcburi köçkünlərə  qarşı böyük hörmət, böyük məhəbbət, böyük istəyinin olduğunu bildirərərək, bütün problemlərin həllinin ağır və uzun bir proses təşki etdiyini də diqqətə çatdırıb. O, görüş zamanı “Böyük maliyyə dəstəyi lazımdır. Biz də istəyirik problemlər daha tez həll olunsun, bu planda olan bütün tədbirlər həyata keçirilsin. Amma yenə də qeyd edirəm, iradə var, bütün bu problemlər ardıcıl olaraq həll ediləcək. Bunu hər bir vətəndaşımız, xüsusilə də işğaldan, münaqişədən əzab çəkən, öz doğma torpaqlarından qaçqın düşən, öz doğma evlərini itirən, uzun illərdir ki, çətin vəziyyətdə yaşayan insanlar çox yaxşı başa düşürlər”-deyərək, vurğulayıb ki, bu qəbildən olan insanlara kömək etmək ən əsas və ən vacib vəzifədir.

 

Birinci vitse-prezident sonra “Bilin ki, fəaliyyətimdə mənim üçün ən vacib, ən mühüm güc mənbəyi məhz sizinlə, insanlarla ünsiyyətdə olmaqdır. Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır. Sizi əmin etmək istəyirəm ki, mən sizin etimadınızı doğruldacağam”-deyə, fikirlərini tamamlayıb. Bu, onun göstəricisidir ki, qaçqınlar və məcburi köçkünlər məsələsi bir an belə olsun diqqətdən kənarda qalmayıb, ikinci, üçüncü dərəcəli vəzifələr, işlər sırasına daxil edilməyib. Mehriban xanım öz fəaliyyəti ilə daim bu məsələnin ən üst səviyyədə saxlanılmasına nail olub.

 

Son 3 ildə 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunmuşdur ki...

 

Həmçinin, qeyd etmək istərdim ki, Qarabağ müharibəsi iştirakçıları və əlilləri, onların problemləri daim Azərbaycan dövlətinin, ölkə prezidentinin, o cümlədən, Mehriban xanımın diqqət mərkəzində olub. Heç təsadüfi deyil ki, 2016-cı ilin uğurlu Aprel əməliyyatlarının  birinci ildönümündə, yəni,  Mehriban Əliyevanın Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə  çox böyük əhəmiyyətə malik olan “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin təqdimatı keçirilib. Bu ilin aprelində, yenə də Aprel döyüşlərinin növbəti ildönümündə Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə  keçirilən və Mehriban xanımın da iştirak etdyi görüşdə bildirilmişdir ki, artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Yəni, ötən illər ərzində bu layihə çərçivəsində  100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. Görüş zamanı birinci vitse-prezident isə vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını vurğulayaraq deyib ki, onlar  hər bir insan üçün çox dəyərli olan sağlamlıqlarını Vətən, torpaq yolunda qurban veriblər.


“Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var. Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər”-deyən Mehriban xanın  həmçinin vurğulamışdır ki,  belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq.


Bəli, Qarabağımızın, torpaqlarımızın işğaldan azad olunması hər birimizin, 31 ildən artıqdır bu ağrını, bu acını yaşayan hər bir azərbaycanlının, hər Azərbaycan vətəndaşının ən böyük və ən ülvi arzusu, istəyirdir. Bundan böyük arzu, bundan böyük ülvi dilək ola bilməz və olmamalıdır. İnanırıq və qəti əminik ki, Azərbaycan dövlətinin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və Azərbaycan Ordusu bu arzunu, bu diləyi çin etməyi, gerçəkləşdirməyi bacaraq, Azərbaycanın digər guşələrində olduğu kimi, Dağlıq Qarabağda da tezliklə üçrəngli bayrağımız səmalarda, göylərin ənginliklərində dalğalanacaq.  Allah bu yolda, bu işdə Azərbaycan dövlətinə, Azərbaycan xalqına, ölkə prezidentinə və birinci xanım Mehriban xanım Yar və Yardımçı olsun!


Ot kökü üstə bitər!


Bəzən öz-özümə sual edirəm ki, Azərbaycan xanımında, Mehriban xamında bu qədər mənəvi güc, işləmək, yaratmaq həvəsi, yorulmazlıq haradandır. Təbii ki, bir çox amillər var. Müstəqil Azərbaycan dövləti, gündən-gündən, ildən-ilə artan iqtisadi imkanlarımız və digər amillər burada mühüm rol oynayır. Amma mən belə düşünürəm ki, bu qədər geniş, dolğun, məhsuldar, səmərəli fəaliyyətin təməlində ailə, kök dayanır. Bunlar ailədən, kökdən qaynaqlanır, irəli gəlir.Atalar məsəlimiz var ki, ot kökü üstə bitər. Bəli, Mehriban xanım elə bir ailədə, elə bir ziyalı mühitində böyüyüb, həmçinin, elə bir ailənin ocağındadır ki, başqa cür də ola bilməzdi. Mehriban xanım Azərbaycan əbədiyyatının nəhənglərindən, söz ustadlarından, böyük yazıçılarından – sovetlər dövründə, eləcə də, müstəqillik illərində hər kəsin böyük maraqla oxuduğu, tərbiyələndiyi, mənəvi dəyərlərə sahib olduğu – “Dirilən adam” və “Bir gəncin manifesti” əsərinin və digər gözəl yaradıcılıq nümunələrinin müəllifi, indiki Bakı Dövlət Universitetində ( keçmiş Azərbaycan Dövlət Universitetində) jurnalistika fakültəsinin yaradıcılarından olan Əməkdar elm xadimi, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin ailəsində, ocağında dünyaya gəlib. Mehriban xanım atası Arif Paşayev Azərbaycanın böyük ziyalılarından, elm xadimlərindəndir. 1996-cı ildən indiyədək  Milli Aviasiya Akademiyasına rektorluq edən  Arif müəllimin rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilməkdədir. Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzərət sistemlərinin yaradılmasına və s. yönəldilib. Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərciyin salınması işində gərgin, müntəzəm şəkildə apardığı islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarəti, Akademiyada sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mütəxəssislərinin ali məktəbə dəvət edilməsi alimin yüksək elmi potensiala və təşkilatçılıq qabiliyyətinə malik olmasına sübutdur.Arif Paşayev yüksək elmi-praktiki potensiala malik olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri ilə yaşayıb-yaradan, respublika əhəmiyyətli işlərdə, xüsusən Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf edən, gənc nəslin təlim-tərbiyə işlərində, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmalarını xüsusi diqqətdə saxlayan qayğıkeş rəhbər, səmimi insan və ətrafında olan hər bir işgüzar, yaradıcı əməkdaşın yaxın məsləhətçisi və köməkçisidir. Mehriban xanımın anası – böyük şərqşünasımız, böyük ziyalımız, rəhmətlik Aida xanım İmanquliyevanı hələ gənclik illərindən tanıyırdım. Həmin vaxtlar hər ikimiz  Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin indiki yerləşdiyi binada, Akademiyanın ayrı-ayrı institutlarında çalışırdıq və tez-tez rastlaşar, söhbətləşərdik. Çox ziyalı, çox sadə, çox mədəni, əsl Azərbaycan xanım idi. Heyf ki, dünyasını çox erkən dəyişdi, Azərbaycan ziyalılığı, Azərbaycan şərqşünaslığı bundan çox şeylər itirmiş oldu. Allah o dünyasını versin! Mehriban xanımın ana babası Nəsir İmanquliyev Azərbaycan jurnalistikasının nəhənglərindən idi. Uzun illər “Bakı” qəzetinə rəhbərlik etmişdi. Həmçinin, Mir Cəlal müəllimlə birgə BDU-da jurnalistika fakültəsinin yaradıcılarından biri olmuşdu. Bu gün də Azərbaycanın tanınmış jurnalistləri arasında həm Mir Cəlal müəllimin, həm də Nəsir müəllimin tələbələri, yetişdirmələri var. Mehriban xanım əmisi Hafiz Paşayev Azərbaycanımızın ən laqiqli övladlarından, böyük diplomatlarından, beynəlxalq münasibətlər sahəsindən ən layiqli mütəxəssislərindən, gözəl  ziyalılarımızdandır. Hafiz müəllimin Azərbaycanın müstəqilliyinin ən ağır və ən çətin illərində dünyanın 3 supergecündən birində-ABŞ-da Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini çox peşəkarcasına və çox ləyaqətlə yerinə yetirmişdi. Bu gün Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə inkişafında Hafiz müəllimin də böyük xidmətləri və əməyi var. Hafiz müəllim artıq bir neçə ildir ki, nəinki Azərbaycanda, ümumiyyətlə, bu regionda, dünyada çox nüfuzlu ali təhsil ocaqlarından birinə Azərbaycan Diplomatiya Akademiyası –ADA Universitetinə uğurla rəhbərlik edir. Heç təsadüfi deyil ki, hər il ali məktəblərə ən yüksək ballarla- 600-700 ballarla  daxil olan tələbələr arasında ADA-nın tələbələri daha çox üstünlük təşkil edirlər. Azərbaycanı gənc diplomatik kadrlarla təmin edən ADA sözü əsl mənasında  elm-təhsil məbədgahıdır və onun bu yüksək səviyyəyə çatmasında ən böyük xidmətlər məhz Hafiz müəllimə məxsusdur. Mehriban xanımın bacısı akademik Nərgiz xanın Paşayeva Azərbaycanın tanınmış filoloqu, ədəbiyyatşünas-alimidir. O, həm də Azərbaycanın ən tanınmış nizamişünaslarından biridir. Akademik Nərgiz xanım dünyanın ən nüfuzlu və böyük tarixə malik olan universistetlərindən-Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının yaradıcılarından, təşəbbüskarlarındandır və artıq bir neçə ildir ki, həmin filialı çox uğurla rəhbərlik edir. Bütövlükdə adları çəkilən bu təhsil ocaqları Azərbaycan gənclərinin ən çox və sevə-sevə seçim etdikləri universitetlərdəndir. Yuxarıda da qeyd etdiyimiz kimi, ən yüksək, 600-700 arasında bal toplayan gənclərin mütləq əksəriyyəti məhz bu universitetlərin tələbələridir. Deməli, bu, bir daha onun göstərir və sübut edir ki, bu ali təhsil ocaqlarında bilik, savad, elm, tədris səviyyəsi ən yüksək səviyyədədir və ən əsası bu ali məktəblərə rəhbərlik edən nüfuzlu, tanınmış simalar öz uğurlu fəaliyyətləri ilə bu etimadı qazanıb, yəni, gələcəyimizin təminatçısı gənclərimizin, ali təhsil dalınca gedən cavanlarımızın etimadını, güvənini doğruldublar. Belə olmasaydı, bu təhsil ocaqlarına bu qədər həvəs göstərilməz, seçim edilməzdi. Bu baxımdan hesab edirik ki, yeni yaranmalarına, yaşlarının az olmasına baxmayaraq, qısa müddət ərzindəböyük nailiyyətlər əldə edən bu ali təhsil ocaqları çox yaxın illərdə daha böyük zəfərlərə, qələbələrəimza atacaqlar, dünyanın ali məktəblərlə bağlı reytinq cədvəllərində ən yüksək pillələrdə, ilk yüzlükdəqərar tuta, yerləşə biləcəklər. Bunun üçün hər cür potensial və imkan var. Bu universitetlərin Azərbaycan təhsilinə, Azərbaycan elminə, layiqli və peşəkar kadr potensialının formalaşdırılmasına, təmin edilməsinətöhfələri hələ qabaqdadır. Töhfələr var, olub və olacaq.


Mehriban xanım artıq 36 ildir ki, dünyamiqyaslı siyasətçi və dövlət xadimi, böyük şəxsiyyət Heydər Əliyevin ocağındadır, Əliyevlər ailəsinin bir üzvüdür. Övladları Leyla, Arzu və Heydər Əliyevlər də Azərbaycan gəncliyinə öz savadları, öz tərbiyələri, öz intellektləri ilə nümunə olan gənclərimizdəndir. Leyla xanımın, Arzu xanımın da ölkənin ictimai, siyasi, sosial, mədəni həyatındakı rolu, fəaliyyəti hər kəsə bəllidir. Onların həyata keçirdikləri layihələr həm Azərbaycan daxilində, hər ölkə hüdudlarından çox-çox kənarlarda rəğbət qazanmaqda, təqdir edilməkdə, alqışlanmaqdadır. Yəni, bunları ətraflı şəkildə dilə gətirməkdə, xatırlatmaqda məqsədim odur ki, Mehriban xanım məhz belə bir mühitdə, mənim də çox yaxından tanıdığım bir ziyalı dünyasında yetişib, formalaşıb. Odur ki, Mehriban xanım hər zaman öz yüksək ziyalılığı, intellektuallığı, insanpərvərliyi, xeyirxahlığı, dövlətçilik dəyərlərinə sıx bağlılığı ilə seçilib, fərqlənib, tanınıb. Bu gün hər birimiz, dövlətinə, vətəninə bağlı hər bir kəs Mehriban xanım bir kimi ictimai və dövlət xadiminin olması ilə fəxr edir, öyünür. Mehriban xanım elə bir insan, elə yüksək dəyərlər daşıyıcısı olan bir şəxsiyyətdir ki, Azərbaycanda nə baş versə,  hamıdan öncə-silahdaşı,ən yaxın və ən sədaqətli dostu olan ölkə prezidenti cənab İlham Əliyevlə birlikdə ordadır, hər kəsin harayına, imdadına birinci çatmağa çalışır, hər kəsə yükək diqqət və qayğı göstərməyi özünün ən başlıca missiyası, vəzifəsi hesab edir. Onun – bir daha qeyd etmək istırdik ki,  həm nisbətən imkansız, qayğıya, xüsusi diqqətə ehtiyacı olan insanlarla, uşaqlarla, həm qaçıqın və məcburi köçkünlərlə, həm Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, veteranları, həm  mədəniyyət, insənənət xadimləri, həm sahibkarlar, iş adamları ilə görüşləri, müzakirələri deyilənlərin əyani təsdiqi və bariz nümunəsidir.

 


Ziyad SƏMƏDZADƏ,

Akademik, Azərbaycan İqtisadçılar İttifaqının sədri,

Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?