Modern.az

Dünyanın 120 buzadırmananı Azərbaycana gəlir

Dünyanın 120 buzadırmananı Azərbaycana gəlir

9 Fevral 2012, 15:42

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə 11-12 fevral 2012-ci il tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Respublika Çempionatı keçirəcək.

Qurumun mətbuat xidmətondən Modern.az saytına verilən məlumata görə, çempionata Rusiya Federasiyasının, Türkiyə, Gürcüstan və İranın idmançıları da dəvət olunublar.

İki turdan ibarət yarışa ümumilikdə 120 idmançının qatılacağı gözlənilir.

Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Bakıdan “A+A”, “Ekosport”, “Climb-club”, “Rock Stone”, “Meteor”, Bakı Dövlət Universitetinin “Extrem”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universiteti klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, “Xəzər Universiteti klubu”, “İqtisad Universiteti klubu”, Qobustandan “Tanrıdağ”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ”, Zaqataladan “Mountain Bee”, Qaxdan “Extremal”, Yardımlıdan “Kəmərqaya”  klublarının 90 nəfərə yaxın idmançısı iştirak edəcək.

11 fevral 2012-ci il tarixində keçiriləcək yarışın I mərhələsində idmançılar mürəkkkəblik üzrə, 12 fevral 2012-ci il tarixində keçiriləcək II mərhələsində isə sürət üzrə özlərini sınayacaqlar.

İdmançılarımız Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına böyük əhval-ruhiyyə ilə hazırlaşırlar və ümid edirik ki, yarışda müvəffəqiyyətlə iştirak edəcəklər. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi