Modern.az

“Pis də çıxsa, deyəcəm..” – Azərbaycanın baş kulinarı ŞİKAYƏTLƏNDİ

“Pis də çıxsa, deyəcəm..” – Azərbaycanın baş kulinarı ŞİKAYƏTLƏNDİ

29 Avqust 2019, 13:18

Azərbayan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. "Azərbaycan mətbəxi" - təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxi - mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.

 

Biz öz mətbəximizi çeşidlərinin çoxluğu ilə dünya mətbəxindən daim fərqləndiririk. Lakin dünya mətbəxində də xəmir yeməklərindən tutmuş, balıq, ət yeməklərinə qədər çeşidlər bolluq təşkil edir. Bəs, doğurdanmı milli mətbəximiz dünya mətbəxindən çeşidlərinin çoxluğu ilə fərqlənir, ya biz bu məsələni biraz qabardırıq?

 

Mövzu barədə Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov Modern.az-a danışıb. Onun fikrincə, Azərbaycanın öz yeməklərini tərifləməsi təbiidir:

“Biz nə etməliyik? İtaliya, Fransa mətbəxini tərifləməliyik? Fransa öz mətbəxini tərifləyir, Azərbaycan da öz mətbəxini. Fransada onların öz musiqilləri ifa edilir, Azərbaycanda bizim musiqilər. Əksinə, biz adicə toyları götürsək, xarici musiqilərə oynayır, dünya mətbəxinin yeməklərini süfrəmizə düzürük. Mən bunu düzgün saymıram”.

 

Tahir Əmiraslanov bildirib ki, dünya mətbəxini, musiqisini üstün tutaraq özümüzü “mədəni” göstərmyə çalışırıq.

“Amma bu psixologiya tamamilə yanlışdır. İnsanlara çeşid çoxluğu lazımdır, ya sağlam qidalanmaq, dadlı xörəklər? Pis də çıxsa deyəcəm, məsələn, Koreyada it ətindən hazırlanan yemək çeşidləri çoxdur. Biz sadəcə olaraq “qınımızdan çıxıb” özümüzü bəyənmirik”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir