Modern.az

Telman İsmayılovun bank hesabları DONDURULDU

Telman İsmayılovun bank hesabları DONDURULDU

İqtisadiyyat

30 Avqust 2019, 10:50

İsveçrənin Sürix Prokurorluğu iş adamı Telman İsmayılovun bank hesablarına yasaq qoyub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb İsmayılovun Rusiya bankları qarşısında çoxmilyardlı borclarının olmasıdır.

 

Prokurorluq “Compagnie Bancaire Helvetique SA” və “Corner Banca SA” banklarında iş adamının hesablarını dondurub.

2018-ci ilin dekabrında İsveçrə Prokurorluğu Telman İsmayılova qarşı cinayət işinə başlamışdı. Onu müflis olan zaman fırıldağa əl atmaqda, kreditorların ziyanına gedərək öz səhmlərini azaltmaqda və s. ittiham edirlər.

Hazırda Çernoqoriyada yaşayan Telam İsmayılov nə İsveçrə Prokurorluğu, nə də Rusiya Prokurorluğu tərəfindən həbs oluna bilmir.

 

Rusiyada o, sifarişli qətllərdə ittiham olunur və beynəlxalq axtarışa verilib. Müflis olduğu üçün ona məxsus “Praqa” restoranı, “Tropikano” biznes mərkəzi və AST ticarət mərkəzi müsadirə olunub.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir