Modern.az

Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibənin vaxtı AÇIQLANIB

Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibənin vaxtı AÇIQLANIB

Təhsil

30 Avqust 2019, 12:59

Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək. 

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında komissiya üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub