Modern.az

“Qarabağ”ın qrupdakı rəqibləri, yenə APOEL...

“Qarabağ”ın qrupdakı rəqibləri, yenə APOEL...

30 Avqust 2019, 15:43

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Modern.az
xəbər verir ki, Monakoda keçirilən tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb. 

Püşkatma nəticəsində Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olub.

Belə ki, A qrupuna düşən “Qarabağ” "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klubları ilə mübarizə aparacaq.


Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.

A qrupu 


"Sevilya" (İspaniya)

APOEL (Kipr)

"Qarabağ" (Azərbaycan)

"Düdelanj" (Lüksemburq)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir