Modern.az

Polis “Torqovı”dakı əxlaqsız qadınlara qarşı hərəkətə keçdi

Polis “Torqovı”dakı əxlaqsız qadınlara qarşı hərəkətə keçdi

Hadisə

2 Sentyabr 2019, 13:00

Paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizə gücləndirilir. Bu məqsədlə bu gündən başlayaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyən olunaraq icraya yönəldilib.


Modern.az xəbər verir ki, bu barədə idarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri göstərir ki, Bakıda fəaliyyət göstərən bəzi əyləncə-istirahət yerlərində  - gecə klublarında, barlarda, otel və motellərdə, mərkəzi küçələrdə ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar var:

 “Əxlaqa zidd olan bütün halların forma və təzahürlərinə qarşı mübarizənin effektivliyini artırmaq üçün milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların qarşısının alınması üçün kompleks profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Əsasən Səbail rayonu ərazisində yerləşən “Fəvvarələr meydanı” və Nizami küçəsində, Nəsimi rayonu Səməd Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb.

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

Görülən işlər, həyata keçirilən tədbirlər barədə ictimaiyyətə mətbuat vasitəsilə mütamadi məlumatlar veriləcək". 

 
Xatırladaq ki, bir müddət öncə tanınmış jurnalist Nəsimi Nəbizadə sosial şəbəkə vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciətində Bakının "Torqovı" adlanan məkanındakı biabırçılığın aradan qaldırılmasını xahiş etmişdi. Müraciət ilk olaraq Modern.az vasitəsilə ictimailəşmişdi.

Bakının mərkəzindəki “Torqovı” adlanan (əsasən Nizami küçəsi) məkan son vaxtlar yüngül həyat tərzi sürən qadınların yığnaq yerinə çevrilib. Xüsusilə gecələr bu məkanda Bakıya ərəb ölkələrindən gəlmiş turistlərlə həmin qadınlar arasında şıdırığı “sövdələşmələr” baş alıb gedir. Bu xoşagəlməz mənzərə va ona polisin müdaxilə etməməsi paytaxt sakinlərinin narazılığına səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı