Modern.az

Elmar Məmmədyarov belçikalı həmkarını Azərbaycana dəvət edib

Elmar Məmmədyarov belçikalı həmkarını Azərbaycana dəvət edib

10 Fevral 2012, 23:47

Fevralın 10-da Brüsseldə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla Belçika Krallığının xarici işlər naziri Didier Reyndersin rəsmi görüşü keçirilib. XIN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlarının mövcudluğu, Azərbaycanın regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rolu və Avropanın etibarlı tərəfdaşı olduğu, Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, regional və beynəlxalq məsələlər, Əfqanıstandakı vəziyyət, iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərə münasibətdə vizasız rejimin tətbiq olunması və digər məsələlər müzakirə olunub.

Hər iki tərəf ölkələr arasındakı münasibətlərin inkişafından məmnunluq ifadə edib  və bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini qeyd ediblər. Nazir E.Məmmədyarov görüşün sonunda Belçikalı həmkarını uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edibr. Nazir D.Reynders dəvət üçün təşəkkür edib və yaxın zamanlarda Azərbaycana səfərinin baş tutacağına ümid etdiyini bildirib.


Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı