Modern.az

Bakıda arvadını və baldızını bıçaqlayan şəxsə cinayət işi açıldı - YENİLƏNİB

Bakıda arvadını və baldızını bıçaqlayan şəxsə cinayət işi açıldı - YENİLƏNİB

Hadisə

3 Sentyabr 2019, 10:43

Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, hadisə ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Binəqədi rayonunda, Binəqədi şossesi, döngə 4 ünvanında ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

 

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

***

Gecə saatlarında Bakıda bıçaqlanma hadisəsi baş verib. Belə ki, Mahmudova Ruhəngiz Abdul qızı və bacısı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızı çoxsaylı bıçaq xəsarətlərilə Klinik Tibbi Mərkəzə çatdırılıb.

 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar:

“Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.

 

Rəsmi məlumata görə, hər iki qadının həyatı üçün təhlükə yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir