Modern.az

"Azərsu" Səbail rayonunun içməli suyunu niyə kəsib?

"Azərsu" Səbail rayonunun içməli suyunu niyə kəsib?

Aktual

11 Fevral 2012, 18:27

Bayraq meydanında aparılan tikinti işləri ilə əlaqədar bu gün Bakının Səbail rayonunun mərkəzi hissəsinin və Bayıl qəsəbəsinin su ilə təchizatında fasilə olacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu axşam həmin ərazilərdə su olmayacaq.

Su təchizatı fevralın 12-dən bərpa olunacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı