Modern.az

Dünyanın ən çox şərab satan ölkələri – Azərbaycan 25 ölkəni geridə qoydu - SİYAHI

Dünyanın ən çox şərab satan ölkələri – Azərbaycan 25 ölkəni geridə qoydu - SİYAHI

İqtisadiyyat

4 Sentyabr 2019, 12:54

Xaricə şərab ixrac edən 80 ölkə arasında Azərbaycan 55-ci pillədə qərarlaşıb.

Modern.az ABŞ Şərabçılıq Assosiasiyasına istinadən xəbər verir ki, 2018-ci il ərzində Azərbaycan xaricə 7,7 milyon dollar dəyərində şərab məhsulu satıb.

 

Bu göstəriciyə görə Fransa (11,055 milyard dollar) dünya lideridir. Növbəti pillələrdə İtaliya (7,324 milyard dollar), İspaniya (3,494 milyard dollar), Avstraliya (2,160 milyard dollar) və Çili (1,999 milyard dollar) yerləşib.

 

Qonşu ölkələrdən Gürcüstan 17-ci pillədə qərarlaşıb. Rəsmi Tbilisi 2018-ci ildə şərab satışından (196,9 milyon dollar), 31-ci pillədə yerləşən Ukrayna (39,8 milyon dollar), 49-cu yerdə Türkiyə (10,1 milyon dollar), Ermənistan 51-ci (9,4 milyon dollar), Rusiya isə (7,5 milyon dollar) Azərbaycandan 1 pillə geridə - 56-cı yerdə qərarlaşıb.

80 ölkənin yerləşdiyi siyahının son pilləsini ötən il 200 min dollar dəyərində şərab ixrac edən Aruba ada dövləti tamamlayır.

  

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır