Ermənistan Konstitusiya Məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın cinayət işi ilə bağlı qərarını açıqlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məhkəmə onun cinayət işinin Konstitusiya müddəalarını pozmadığı barədə hökom verib.
Məhkəmənin qərarını sədr Qrayr Tovmasyan elan edib.
Beləliklə, 2008-ci il 1 mart hadisələri zamanı 10 nəfərin ölümü ilə nəticələnən iğtişaşlara görə ittiham olunan Robert Koçaryan və tərəfdarlarının ilk məhkəmə prosesi sentybarın 12-də baş tutacaq.