Modern.az

Fransa və fransız klassikləri

Fransa və fransız klassikləri

12 Fevral 2012, 11:45

Rəna Mirzəzadə

AMEA-nın Fəlsəfə Sosiologiya və Hüquq İnstitutunun
“Politologiya və Siyasi sosiologiya” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru

Dünya adlı böyük bir çevrənin, “kiçik dünya” və ya “qlobal kənd” məkanına bir anlıq fransız müdriklərinin sanki bu günü görən siyasi baxış, hüquqi görüş, fəlsəfi yanaşmaları ilə ekskursiya edək. Dialoq mədəniyyətindən, kompromis və insan haqqından bəhs edən Avropanın aparıcı ölkələrindən biri olan Fransadakı hadisə və proseslərə öz məşhurlarının mühakimə məntiqi ilə nəzər yetirək:

- Monten Mişel (XVI əsr) dövləti vəzifəsindən imtina etmiş, “şərəfsiz olmamaq şərtilə bizi bəlalardan və xoşagəlməz hadisələrdən qoruyacaq bütün vasitələr nəinki müqabildir, hətta hər cür tərifə layiqdir” və ya “birinin xeyri-başqa birisinin zərəridir”(Yalan və iftira donlu ermənilərə dəstək verənlər, bunu Sizin müdrikiniz  söyləyib).

- XVII əsr Dekart Rene: “Həqiqətin doğruluğu o həqiqətdir ki, aydın və dəqiqdir, heç bir şübhə doğuracaq yeri yoxdur”. Və “Eyiblər çoxalır və dərinləşir. Saxtakarlıq həqiqət donunda hər yanda hökm sürür. Buna görə hamı maska taxıb yaşayır” (Saxtakar qanun və maskalı ermənilər zamanı gələndə Fransız Senatı acını çəkər!).

- XVII-XVIII əsr Fontenel Bernar: “İndiki insanlar qədim zamanın adamlarının törətdiyi axmaqlıqlardan xilas olmayıblar” (Bu fransız maarifçisi bugünü oncə görübmü?).

- XVIII əsr Paskal Bless (Məhkəmə sədri, filosof): “İki nəsil götürün sonra onlara baxın - onlar əvvəlki kimi fransızdırlar, lakin artıq tamam başqa adamlardır” (Düz görmüsüz, böyük insan!!).

- XVII-XVIII Monteskye Şarl Lui (sosioloq, məhkəmə hakimi): “Hadisələr qanunauyğun dövr edir və qanunlar da bu təbii gedişə əsaslanmalıdır” və ya “Tatarlar... onlar türk adlanıb Avropa, Asiya və Afrikada - dünyanın üç qitəsində ağalıq edirlər, ..tarixlərini bilmədiyimiz nə qədər dövlətlərin əsasını qoyublar. Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanaraq, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qalmamışlar”. (Bu həqiqətdir, Böyük Türk xalqı, öz tarixini tarixiləşdir, qanuniləşdir ki, “Əldəqayırma” siyasilər sənin Monteskye yazan “Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə türklərlə yarışa bilməz” deyimini təsdiqləyəsən!”).

- XVIII Volter Fransua (yazıçı və filosof): “Azadlığı iki cür itirmək olar: axmaqlar və hiyləgərlər tərəfindən” (Sual olunur-axmaq kim, hiyləgər kim?).

- XIX əsr Ogüst Kont (filosof): “Həyatın öz yolu, cəmiyyətin öz gözəgörünməz qanunları var ki, heç bir qondarma qanunlara əhəmiyyət vermədən davam edir” (Bu da qondarma qanundur..).

- XIX əsr Tokvil Aleksis (tarixçi, sosioloq): “Biz müstəqilliyimiz adı altında nə düşündüyümüzlə bağlı yanılmamalıyıq” (XXI əsrdə isə fransız Senatı yanıldı!).

- XIX əsr Qobino Jozef Artur (diplomat): “Fransa şeylərə həmişə istisnasız olaraq, öz bayağı ölçüləri ilə yanaşmışdır” və ya “Fransız irqi yoxdur və həm də biz bütün Avropa xalqları içində xarakter xüsusiyyətləri ən çox silinən xalqıq”(Burada deyirlər ki, bu da sənin özünün özünə qiymət və yanaşman..).

- XX əsr, Kamyu Albert (filosof, yazıçı): “Ölkələrin siyasəti və insanların taleyi idealsız və ləyaqətsiz şəxsiyyətlərin əlində olur”.

- XX əsr Sartr Jan Pol (yazıçı, filosof): “İnsanın dəyəri dəyişən şəraitdə qarşıya çıxan problemləri, əngəlləri aradan qaldırması ilə, onlara qalib gəlməsi ilə ölçülür” (İnşallah, Böyük Türklər də qalib olar bu əngələ).

- XX əsr Fuko Mişel (filosof, tarixçi): “Müasir dispozitik hakimiyyət, imtiyazlı bir şəxsin hakimiyyət deyil, əsasında kütləvi nəzarət duran nizamlı və normaya salınmış model hakimiyyətdir. Bu cür hakimiyyətin fərdləri idarə etmək üçün müəyyən strategiyası var , o da nəzarətdən, tədris mexanizmindən, qruplaşmadan və nəhayət cəzadan ibarətdir. “(Budur, Fransa Senatı, erməni qruplaşması və cəza)”.

XVIII əsrin sonunda tamamilə yeni bir ictimai hadisə, feminizmin (qadının siyasi və mülkü hüquqlarını müdafiə edən hərəkat ) yaradıcılarından olan Olimpiya de Quj 1791-də bu hərəkatın ilk “Qadının və vətəndaşın hüquq Deklarasiyası” adlı sənədini yazdı. Bu feminizmin ilk rüşeym sənədi oldu. Bütün dünya bu gün də Olimpiya de Quju azadlıq, bərabərlik, ədalət carçısı kimi qəbul edir.

XXI əsrin ilk onilliyində digər fransız qadın da qanun yazdı. Bu isə Fransa parlamentarisi, iqtidardakı Xalq Hərəkatı və Birlik partiyasının millət vəkili Valeriya Boyer idi. O, Senatdakı səs vermədən sonra belə bir qanunu hazırlayanlardan biri olduğu üçün özü ilə fəxr etdiyini deyib. O həmin günün özü üçün romantik və mənalı bir gün olduğunu və qanun təklifinin qəbul edilməsindən böyük məmnuniyyət hissi duyduğunu deyib.

Olimpiya de Quju Dünya Qadın Hərəkatının tarixiləşən simvolunu gilyotinə göndərirlər. Olimpiya de Qujun bu gün də zərb məsələ çevrilən “Əgər qadının eşafota qalxmaq hüququ varsa, onun tribunaya da qalxmaq hüququ var” deyimi gender aforizminə çevrilibdir.
XXI əsr Valeriya Boyer tərəfindən türk qadının şərəf və ləyaqətini alçaldan bir “gilyotin” qanunun yazılması isə absurdluq və dəyişkən qara feminizmdir! Bu iki fransız qadını paralelləşdirmək belə sualsız aksiomdur.  

Fikirlərimi məhz Aleksis Tokvilin o böyük sosioloq və tarixçinin sözü ilə bitirmək istərdim. Yerində deyilmiş məntiqdə hər cür təhlil var. Aleksis Tokvil demişkən:  

“Qərbin (Amerikanın) tarixini dərindən öyrənib, siyasi və ictimai quruluşunu diqqətlə təhlil etməyə başlayarkən belə bir həqiqətin düzgünlüyünə əmin olursan ki, bu cəmiyyətin yaranışının ilkin mərhələsini bildikdən sonra izah edilməyəsi heç bir prinsip, heç bir vərdiş, heç bir qanun, hətta deyərdim ki, heç bir hadisə yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir