Modern.az

150 yaraqlı hərbi qüvvələrə təslim oldu

150 yaraqlı hərbi qüvvələrə təslim oldu

Dünya

4 Sentyabr 2019, 23:27

Əfqanıstanın şərqdə yerləşən Kunar əyalətində 150 radikal yaraqlı hərbi qüvvələrə təslim olub.

Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorluğunun yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, təslim olanlar arasında "Taliban" radikal hərəkatının 110 üzvü və "İslam Dövləti" terror qruplaşmasının 40 yaraqlısı var.

Əyalət qubernatorunun müavini, təhlükəsizlik rəsmiləri yaraqlıların qərarını alqışlayaraq onların bu hərəkətinin barışıq və münaqişənin həlli prosesində vacib bir addım olduğunu qeyd ediblər.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı