Modern.az

Ermənistanda atışma: 2  nəfər yaralandı

Ermənistanda atışma: 2  nəfər yaralandı

Dünya

5 Sentyabr 2019, 00:41

Ermənistan paytaxtında növbəti dəfə silahlı insident baş verib.

Modern.az  erməni mediasına istinadən xəbər verir ki, İrəvanın Malatiya-Sebastiya rayonundakı Andronik küçəsində baş verən atışma nəticəsində iki kişi ağır yaralanıb.

Ölümcül vəziyyətdə olan yaralılar Astxik tibb mərkəzinə çatdırılıb və reanimasiyaya yerləşdirilib.

Həkimlər güllə yarası alanların durumunun ağır olduğunu bildiriblər. Hadisənin baş vermə səbəbləri barədə açıqlama verilmir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir