Modern.az

Adını, ata adını, soyadını dəyişənlər çoxalıb - Ədliyyə Nazirliyindən yeni AÇIQLAMA

Adını, ata adını, soyadını dəyişənlər çoxalıb - Ədliyyə Nazirliyindən yeni AÇIQLAMA

5 Sentyabr 2019, 08:35

2019-cu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinə (ƏN) adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı ümumilikdə 2587 müraciət olub.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə, müraciətlərdən 1352-si adın, ata adının və soyadın dəyişdirilməsi, 1235-i isə soyad sonluğunun dəyişdirilməsilə bağlı olub:


“Daxil olan müraciətlərin hamısı təmin edilib. Adın, ata adının və soyadın, habelə soyad sonluğunun dəyişdirilməsi vətəndaşların istəyinə və ərizəsinə əsasən qeydə alınıb”.


Həmçinin bildirilib ki, ötən il adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı ümumilikdə 5111 müraciətdaxil olub:


“2018-ci ildə adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 2891 şəxs, soyad sonluğunun dəyişdirilməsi ilə bağlı isə 2220 şəxsin müraciəti qəbul edilib. 2017-ci ildə isə ümumilikdə 5552 nəfər nazirliyə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıb. Onlardan 3013 nəfəri adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı, 2539 nəfəri isə soyad sonluğunun dəyişdirilməsi ilə bağlı olub”.


Müraciət edənlərin yaşı və cinsi ilə bağlı məsələyə gəldikdə, rəsmi məlumatda qeyd edilib ki, bununla bağlı statistika aparılmadığından, eləcə də "İnformasiya əldə etmək haqqında" Qanunun 21.2.5-ci maddəsinə əsasən sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb etdiyindən onların cavablandırılması mümkün deyil.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi