Modern.az

Polisdən “Torqovı”dakı əxlaqsız qadınlarla bağlı yeni AÇIQLAMA

Polisdən “Torqovı”dakı əxlaqsız qadınlarla bağlı yeni AÇIQLAMA

Hadisə

5 Sentyabr 2019, 14:53

Bakı Şəhər Baş Polis İdarəsi bir neçə gün əvvəl paytaxtın bəzi ərazilərində yüngül həyat tərzi sürən şəxslərin profilaktikasına dair ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradıb.

 

Belə ki, Bakının “Fəvvarələr meydanı” və Nizami küçəsində, Nəsimi rayonu, Səməd Vurğun və Nizami küçələrinin kəsişmələrində milli-mənəvi dəyərlərə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların şahidi olurduq. İctimai təhlükəsizilik əməkdaşlarının əsas vəzifəsi insanların bu cür mənzərə ilə qarşılaşmaması, bu halların aradan qaldırılmasıdır.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, aparılan profilaktik tədbirlər öz nəticəsini verib.

“Nəzarətə götürülən yerlərdə kütləvi şəkildə əxlaqsızlıqla məşğul olan qadınlara daha rast gəlinmir”.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir