Modern.az

Putinin Trampla bağlı sözləri rezonans yaratdı

Putinin Trampla bağlı sözləri rezonans yaratdı

5 Sentyabr 2019, 15:07

Rusiya prezidenti ABŞ-a Rusiya silahların təklif etdiklərini bildirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o bu barədə Vladivostokdakı iqtisadi sammitdə çıxışı zamanı deyib. Putin silah satışı ilə bağlı təklifi Yaponiyanın Oskaka şəhərində Trampla görüş zamanı səsləndirdiyini xatırladıb.

 

“Amerikalı nümayəndələr dünyanın heç bir ölkəsində Rusiyadakı kimi hipersəsli silah istehsal olunmadığını söylədilər. Buna cavab olaraq, Trampa həmin hipersəs silahlarını satmağa hazır olduğumuz bəyan etdim”.

 

Putin ABŞ tərəfinin tezliklə həmin silahlardan özlərinin də istehsal etməyə başladığını vurğulayıb. Buna baxmayaraq, o bu məsələdə ABŞ-la dialoqa hazır olduqlarını deyib.

Onun açıqlaması Qərb mediasında kifayət qədər səs-küy doğurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi