Modern.az

Bədii filmlərin ssenari müsabiqəsi elan olunub

Bədii filmlərin ssenari müsabiqəsi elan olunub

24 Dekabr 2009, 11:22

Modern.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspert Şurası 2011-ci ildə dövlət vəsaiti hesabına istehsala buraxılacaq tammetrajlı bədii filmlərin ssenarilər müsabiqəsini elan edib. Müsabiqədə ayrı-ayrı müəlliflər və Nazirliyin tabeçiliyində olan dövlət studiyaları tərəfindən təqdim olunan işlər iştirak edə bilər.Qeyd edək ki, müsabiqə iki mərhələdə keçiriləcək: 2010-cu il yanvarın 5-dən fevralın 28-dək kinossenarilərin sinopsisi (10 səhifəyədək) üç nüsxədə Ekspert Şurasına təqdim edilməlidir.   Qaliblərinin adları 2010-cu il martın 12-dək açıqlanacaq və onlara ədəbi ssenarilər üzərində işlənməsi təklif olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir