Modern.az

“Kupça”lar “Jurnalistlər binası”nın həyətində veriləcək - Dövlət Komitəsi

“Kupça”lar “Jurnalistlər binası”nın həyətində veriləcək - Dövlət Komitəsi

5 Sentyabr 2019, 16:43

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci bina ilə bağlı yeni məlumat açıqlayıb.

Komitəinin mətbuat katibi Qulu Xəlilov Modern.az-a bildirib ki, məsələ yaxın günlərdə həll ounacaq:


“Ölkə rəhbəri Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilən və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar (“kupça”) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir