Modern.az

Məktəblərdə mobil telefonlardan istifadəyə  QADAĞA gəlir?– RƏSMİ

Məktəblərdə mobil telefonlardan istifadəyə  QADAĞA gəlir?– RƏSMİ

6 Sentyabr 2019, 13:18

Son illərdə orta məktəblərdə məktəblilərin mobil telefonlardan istifadə etməsinin bir çox fəsadlara yol açdığının şahidi olmuşuq.

 

Artıq dünya ölkələri orta məktəblərdə mobil telefonların qadağan edilməsinə qərar verib. Hətta bu yaxınlarda Rusiyanın Təhsil Nazirliyi regional idarələrə məktəblərdə mobil telefonlardan istifadənin məhdudlaşdırılması ilə bağlı təklif göndərib.

 

Bəs Azərbaycanda vəziyyət necədir?

 

Yeni dərs ilindən başlayaraq  orta məktəblərdə mobil telefonlara qadağa qoyula bilərmi?

 

Təhsil Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, rəsmi qadağa yoxdur:

 

“Ümumtəhsil məktəblərində mobil telefondan istifadə ilə bağlı rəsmi qadağa yoxdur. Lakin tədris prosesi zamanı istifadəyə yol verilmir”. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir