Modern.az

Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə yenidən GÖRÜŞƏCƏK

Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə yenidən GÖRÜŞƏCƏK

6 Sentyabr 2019, 15:23

“Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyanla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında yeni görüş planlaşdırılır”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Yerevanda keçirdiyi mətbuat konfransında Mnatsakanyan bildirib.

“Görüş planlaşdırılsa da, razılaşmalar və ənənəyə uyğun olaraq, görüş barədə hər iki ölkənin XİN-i və ATƏT-in Minsk qrupu birgə açıqlama verəcək. Həmin razılaşmanı poza bilmərəm”.

 

Mnatsakanyan danışıqların hazırkı formatının ən yaxşısı olduğunu da sözlərinə əlavə edib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir