Modern.az

İsgəndər Həmidov əməliyyat olundu

İsgəndər Həmidov əməliyyat olundu

Hadisə

6 Sentyabr 2019, 21:56

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçisi İsgəndər Həmidov sentyabrın 6-da Türkiyənin "Gülhanə” hərbi Tibb Akademiyasında açıq ürək əməliyyatı keçirib.

Modern.az-ın məlumatına görə, bu barədə İ.Həmidovun hərəkat yoldaşları xəbər veriblər. Məlumata görə, İsgəndər Həmidovun əməliyyatı uğurla başa çatıb və hal-hazırda özünü yaxşı hiss edir. 

 

Xatırladaq ki, İ.Həmidov bir müddət öncə vəziyyəti pisləşdiyindən əvvəlcə Bakıdakı xəstəxanalardan birində müalicə almış, sonra Türkiyəyə aparılmışdı.

O zaman türk həkimlər böyrəklərində və onurğasında  yaranmış problem üzündən sabiq nazirin ürəyində əməliyyat aparmağa icazə verməmişdilər.

İ.Həmidovun bu ayın təxminən 10-15-i arası Azərbaycana qayıdacağı gözlənilir. Sentyabrın sonunda onun təsis etdiyi Azərbaycan Xalq Hərəkatının ilk qurultayının keçirilməsi planlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi