Modern.az

Şəmkirdəki dəhşətli qəzada ölən və yaralananların ADLARI - YENİLƏNİB

Şəmkirdəki dəhşətli qəzada ölən və yaralananların ADLARI - YENİLƏNİB

7 Sentyabr 2019, 16:43

Gecə Şəmkirdə avtobus qəzasında həlak olan şəxsin adı məlum olub. Modern.az xəbər verir ki, yük avtomobili ilə avtobusun toqquşması nəticəsində Lənkəran sakini Məhərrəmov Elbrus (1983-cü il) dünyasını dəyişib. 14 yaralı isə  Şəmkir xəstəxanasına yerləşdirilib. Onlar arasında ağır yaralılar da var.

 

XXX

Şəmkirdəki qəzada yaralananların adları açıqlanıb. 

 

Modern.az-ın məlumatına görə, Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobilinin toqquşması nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Bakı şəhər sakinləri - 1989-cü il təvəllüdlü İmamxanova Çinarə Eyyub qız sağ topuğun çapılan yarası, 1992-ci il təvllüdlü Mirəliyev Xəyyam Ümidvar oğlu sağ əlin cırılmış yarası, Əmiraslanova Sevinc Süleyman qızı sağ baldır sümüyün yer dəyişən sınığı, 1966-cı il təvəllüdlü Səbxanova Göyçək Mehralı qızı bel nahiyyəsinin əziyi, 1946-cı il təvllüdlü Süleymanova Qələm Cavad qızı sol ayağın əziyi və sıyrılmış yarası, 1978-ci il təvəllüdlü Kazımova Arzu Mətləb qızı hər iki dizin sıyrılması, Xırdalan sakini 1957-ci il təvəllüdlü Əliyeva Gülsüm Məmmədağa qızı sol qaşın çapıq yarası, Füzuli rayon sakinləri – 1989-cu il təvvəlüdlü Babayevə Növrəstə Qardaşxan qızı sol daraq sümüyünün sınığı, Məmmədova Miranə Ərşad qızı burun sınığı və bel nahiyyəsinin əziyi, Qax sakini, 1997-ci il təvəllüdlü Əliyev Nicat Gəray oğlu qapalı beyin travması, Sumqayıt şəhər sakini Qurbanəliyeva Günel Nəsrəddin qızı sol bud sümüyünün qapalı sınığı, o cümlədən 2 Türkiyə vətəndaşı - 1983-cü il təvəllüdlü Sener Yavuz Süleyman sağ dizin cırılması, sağ qamış sümüyünün sınığı və Darmış Ruzun Asser sağ qaş üstünün cırılmış yarası alıblar.

 

Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxslərin 14-ü ambulator müalicəyə göndərilib, 1 nəfər Qax sakini olan N.Əliyev stasionar müalicədədir, vəziyyəti ağırdır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib: "15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir".

Avtobusun Türkiyədən Azərbaycana gəldiyi bildirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir