Modern.az

Deputat oğlunun banka borcundan DANIŞDI: “Xırda ödəməyə ehtiyac qalıb”

Deputat oğlunun banka borcundan DANIŞDI: “Xırda ödəməyə ehtiyac qalıb”

7 Sentyabr 2019, 11:29

Ötən gün millət vəkili Fəzail Ağamalının oğlunun kredit mübahisəsinə görə məhkəməyə verildiyi barədə xəbər yayılıb.

 

FED.az Elçin Ağamalıya qarşı  "PAŞA Bank" tərəfindən iddia qaldırıldığını yazmışdı. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı “Altus” MMC, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə– İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir.

 

 Deputat  Fəzail Ağamalı mübahisəli məsələ ilə bağlı Modern.az-a danışıb:

“Ortada heç bir məhkəmə işi yoxdur. Sadəcə olaraq, şirkətin bağlı xırda bir ödəməyə ehtiyac qalıb. Məbləğin neçə faiz ödənildiyinin, nə qədər borc qaldığını ekspertlər müəyyənləşdirməlidir.  Bu da oğlumla bağlı məsələ deyil. Ondan əvvəl icraçı direktor olan şəxsin nöqsanlarıdır. Oğlum da məsələni öz öhdəliyinə götürüb həll edir”.

 

Haqqında iddia olan şəxs, Elçin Ağamalı bildirib ki, ona məxsus "Altus" MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: "Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətimizin "PAŞA Bank"a müəyyən məbləğdə borcları qalmışdı".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir