Modern.az

Yerevan işğal etdiyi Arazboyu əraziləri məskunlaşdırır

Yerevan işğal etdiyi Arazboyu əraziləri məskunlaşdırır

7 Sentyabr 2019, 12:50

Azərbaycan və Ermənistan xarici işlər nazirinin gözlənilən görüşü ərəfəsində Yerevan növbəti destruktiv addım atıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən ölkə Qarabağın Arazboyu ərazilərində yerləşən Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarıda kütləvi köçürmə prosesinə başlayır. Bunun üçün Arazboyu kəndlərin münbit, əkinə yararlı torpaqlarında iri təsərrüfatların yaradılması planlaşdırılır.

2018-ci lidə yaradılan “Zona Araz” şirkətinin direktoru Qriqori Səfəryan bölgədə 3 min hekltar sahədə meyvə bağlarının salındığını deyib.

 

“170 hektar ərazui suvarma sistemi ilə təmin olunub. Hazırda 56 hekatda üzüm, 25 hekarda nar, 15 hektarda alma bağları salınıb. Eyni zamanda, heyva, ananas, şaftalı  bağları da salınıb”.

 

Qarabağdakı qondarma "administrasiya"nın üzvü Kamo Petrosyan bölgədə işçi qüvvə ilə bağlı problemdən şikayətlənib:

“Burda torpaq sahələri çoxdur. Məhsul əldə etmək üçün işçi qüvvəyə ehtiyacımız var. Amma dövlət dəstəyi aldığımız üçün yeni işçilərin gələcəyinə inamım var”.

 

 

  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı