Modern.az

Arvadından qisas almaq üçün 4 uşağını öldürdü – Qandonduran CİNAYƏT

Arvadından qisas almaq üçün 4 uşağını öldürdü – Qandonduran CİNAYƏT

7 Sentyabr 2019, 16:50

Cənubi Afrika  Respublikasında  qandonduran cinayət hadisəsi baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı Sibusiso Mpungose  4 övladını asaraq öldürüb. Bildirilir ki, kişi bunu həyat yoldaşının ondan boşanmaq istəyinə görə, intiqam məqsədi ilə edib.

 

Uşaqlarının məktəbdən atası tərəfindən götürüldüyünü öyrənən qadın vəziyyətdən şübhələnərək polisə müraciət edib.  Qadınla bərabər evə yola düşən polis işçiləri yaşları 4-10 arası olan üç usağın cəsədini evin müxtəlif otaqlarında asılı halda tapıb. Qadının birinci  övladı 16 yaşlı qızın cəsədi isə evin yaxınlığındakı ağaclardan birində asılı vəziyyətdə olub.

Aparılan araşdırma  nəticəsdində hadisədən bir gün sonra   cinayətkar saxlanılıb və həbs olunub.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir